Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:18

Nobel mükafatlı yazar Mo Yan Çin hökumətinə "konstruktiv təkliflər" verəcək


Almaniya - Mo Yan Frankfurt Kitab Sərgisində, 2009
Almaniya - Mo Yan Frankfurt Kitab Sərgisində, 2009
-

Çində parlamentlə yanaşı Çin Xalq Siyasi Məşvərət Şurası adlanan və vəzifəsi cəmiyyət üçün vacib qanun layihələrinin hazırlanması təşəbbüsü ilə çıxış etmək olan bir qurum da var.

Həmin qurumun üzvlüyünə bu dəfə Nobel mükafatlı yazar Mo Yanın da namizədliyi irəli sürülüb.

Çin Kommunist Partiyasının üzvü olan yazıçı ilə yanaşı şura üzvlüyünə keçmiş basketbol ulduzu Yao Ming və məşhur Hollywood aktyoru Jackie Chan-ın da şura üzvlüyünə namizədliyi irəli sürülüb.

Çin Xalq Siyasi Məşvərət Şurasının 2237 üzvü var. Qurum həm siyasi partiya üzvlərindən, həm də bitərəflərdən ibarətdir. Qurumda milli azlıqların nümayəndələri, xaricdəki diasporların təmsilçiləri də yer alır.

Qurumun əsasnaməsində deyilir ki, "Xalq Siyasi Məşvərət Şurası xalq kütlələrini maraqlandıran məsələləri öyrənib onlar əsasında partiya və hökumətə konstruktiv təkliflər verir".

Şuranın plenar sessiyaları ildə bir dəfə keçirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG