Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:28

Nobel mükafatlı yazıçı Mo Yan: “Senzura vacibdir”


Mo Yan, Çin, 12 oktyabr 2012
Mo Yan, Çin, 12 oktyabr 2012
-

2012-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Mo Yan bildirib ki, senzura vacibdir.

Necə ki hava limanında təhlükəsizlik yoxlanışı zəruridir.

Yazıçı bu fikirləri Stokholmdakı mətbuat konfransında bildirib.

Dekabrın 10-da ona orada Nobel mükafatı təqdim ediləcək.

“Mən düşünmürəm ki, senzura həqiqətin yolunu kəsməlidir, amma böhtan və şayiələr gərək senzura edilsin. Amma eyni zamanda senzuranın istinad etdiyi prinsiplər yüksək olmalıdır” –deyə yazıçı qeyd edib.

Mo Yan onu da bildirib ki, 2010-cu ilin Nobel Sülh Mükafatı laureratı olan çinli dissident Liu Xiabo-nun azadlığa buraxılması üçün çağırışlara qoşulmayacaq.

Mükafatı alan gün Mo Yan demişdi ki, “ümid edirəm o, tezliklə azad ediləcək”.

Mətbuat konfransında Nobel mükafatçısı bundan əlavə heç nə demək istəməyib.

Həm Çində, həm də Avropada Nobel mükafatının Mo Yana verilməsini tənqid edənlər olub. Onlar yazıçının Çin Kommunist Partiyasına yaxın olduğunu və ziyalı kimi ölkədə baş verənlərə münasibət bildirməməsini əsas gətiriblər.

AP-yə istinadla oxuzali.az
XS
SM
MD
LG