Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 03:33

Nobel Komitəsinin üzvü: "Mo Yanla bağlı tənqidlərə təəccübləndim"


Kjell Erik Espmark
Kjell Erik Espmark
-

“Namizədlikləri nadir hallarda irəli sürüldüyü üçün indiyəcən çox az sayda çinli yazarın Ədəbiyyat üzrə Nobel Mükafatı uğrunda mübarizə aparmaq imkanı olub”.

"Oxu zalı" Çinin ingilisdilli “China Daily” qəzetinə istinadla xəbər verir ki, bunu Nobel Komitəsinin üzvü, ədəbiyyatşünas professor, yazıçı Kjell Espmark deyib.

O, Shanghai-a özünün Çin dilinə çevrilmiş son romanı - “Amneziya”nı təqdim etməyə gedib.

82 yaşlı Espmark 1981-ci ildən bəri İsveç Akademiyasının 18 üzvündən biridir. Ədəbiyyat üzrə Nobel mükafatının qalibini hər il sözügedən Akademiya müəyyən edir.

O, həm də Nobel Komitəsinin 5 üzvündən biridir.

Espmark bildirib ki, bütün ədəbiyyat professorları, pen klublar, yazıçılar birlikləri Nobel mükafatına namizəd irəli sürmək haqqına malikdirlər:

“Biz indiyəcən hər il Çin Yazıçılar Assosiasiyasına bununla bağlı təklifimizi göndərmişik. Amma onlar heç vaxt namizəd ürəli sürməyiblər”.

İlk dəfə təxminən 80 il əvvəl İsveç səyyahı və yazarı Sven Anders Hedin Çin yazıçısı Lu Xunun Ədəbiyyat üzrə Nobel mükafatına layiq olduğunu düşünüb və ona təklif edib ki, namizədliyi irəli sürülsün.

Lu Xun isə ona “İstəmirəm, mən buna layiq deyiləm” cavabını verib.

Bundan az sonra – 1936-cı ildə Lu Xun vəfat edib.

Mükafatı udmağa “çox yaxın olmuş” başqa bir Çin yazarı da Shen Congwen (1902-88) olub.

“O, münsiflərin favoriti idi” – Espmark deyir, - "Namizədliyinin nəzərdən keçirildiyi vaxt ölməsə idi, mükafatı uda bilərdi".

Espmark mükafatın qalibinin seçilmə proseduru haqda da danışıb.

O bildirib ki, nominantların siyahısını nəzərdən keçirən Nobel Komitəsi diqqət edir ki, çağdaş dövrün hansısa böyük yazarı prosesdən kənar qalmasın:

“Əgər boşluq varsa, Nobel Komitəsinin 5 üzvü həmin boşluqları doldurmaq üçün nominantlar siyahısına əlavələr edir”.

Fevralın əvvəlində nominantların tam siyahısı hazır olanda, adətən oradakı adların sayı 200 civarında olur.

Mo Yan
Mo Yan
Daha sonra Espmark və onun 4 həmkarı seçimlər nəticəsində həmin siyahının uzunluğunu 5, yaxud 3 yazara endirirlər.

Bundan sonra İsveç Akademiyasının üzvləri sentyabr ayına qədər həmin yazarların əsərlərini oxuyur, müzakirə edir:

“Biz – yəni 5 nəfər təklif veririk. 18 nəfərlik Akademiya isə qərar verir. Konkret hansısa üzvün mükafatın kimə verilməsi barədə qərar verməsi haqda söylənənlər nonsensdir”.

Espmark onun Çinə səfərinin Ədəbiyyat üzrə Nobel Mükafatının çinli yazara verilməsindən sonraya təsadüf etməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, onun Çinə səfəri hələ mart ayında planlaşdırılmışdı.

Nobel Komitəsinin üzvü onu da deyib ki, bu il mükafat Çin yazıçısı Mo Yana veriləndən sonra bundan xeyli qəzəblənənlərin olduğunu eşidəndə təəccüblənib.

Mükafatın İsveç Akademiyası tərəfindən Mo Yana “folklor nümunələri, tarix və müasirliyin sintezi olan hallüsinasiyalı realizm”ə görə verildiyini xatırladan Espmark deyib ki, onlar qəsdən “magik realizm” sözünü işlətməyiblər.

Bununla da Mo Yanla Latın Amerikasının magik relizm üslubunda yazan yazarları arasında yalançı assosiasiya yaranmasını istəməyiblər.

Onun sözlərinə görə, Mo Yan əsərlərində Çin nağıllarına müraciət edir və həmin təcrübəni müasir realizmlə birləşdirir. Fantastik olanla realizmin bu cür sintezi, Espmark-ın fikrincə, Mo Yanın öz ixtirasıdır:

“Mo Yan əsərlərində dünyada mövcud olan, amma onun öz doğma Shandong
Kjell Espmark-ın "Bela Bartok Üçüncü Reyxə qarşı" romanının rumın dilinə tərcüməsi, 2011
Kjell Espmark-ın "Bela Bartok Üçüncü Reyxə qarşı" romanının rumın dilinə tərcüməsi, 2011
vilayətində olmayan bir çox təbiət mənzərələrini cəmləşdirib. Onun əsərlərində hadisələrin baş verdiyi yer – universal coğrafi məkandır. O, tarixə də bu cür yanaşıb. Ona görə də onun qəhrəmanları Çinin hansısa ucqar kəndinin sakinləri yox, umumbəşəri varlıqlardır”.

Espmark düşünür ki, ədəbiyyat nümunəsi kiçik bir dünya yaratmalıdır: “Sonra bu dünyanın öz dəyərləriyaranır və oxucular həmin dəyərləri öz mühitlərinə tətbiq edirlər. Eyni zamanda ədəbiyyatın funksiyası ikilidir. O, gerçəkliyi özünün əsl simasını göstərməyə məcbur edir. Ədəbiyyatın əsl dəyəri bundadır”.

Espmark deyir ki, Ədəbiyyat üzrə Nobel Mükafatının qalibinin seçilməsi prosesinə heç bir siyasi amil təsir etmir, amma bu mühüm beynəlxalq mükafatın həmişə siyasi nəticələri olur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG