Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 16:54

“Mo Yan Çin Kommunist Partiyasının mirzəsidir”


Mo Yan
Mo Yan
-

Son günlərin ən çox müzakirə olunan personası Nobel mükafatına layiq görülən çinli yazıçı Mo Yandır. Tənqidçilərin çoxu Mo Yanı Çin hökumətinə loyal münasibətdə suçlayır.

Çinli arxitektor, dissident Ai VeiVei Portuqaliyanın „Publico“ qəzetinə verdiyi müsahibədə Nobel mükafatının həmyerlisi Mo Yana verilməsini tənqid edib: ”Bu gün Çində siyasi mübarizədən uzaq qalan bir yazıçını bu mükafatla təltif etmək olarmı? Mən bunu dözülməz hesab edirəm”.

O, İsveç Akademiyasını gerilikdə ittiham edib: “Nobel mükafatını reallıqdan uzaq qalan kiməsə verilməsi gerilik və qeyri-həssaslıqdır. Ola bilsin ki, Mo Yan yaxşı bir yazıçıdır. Amma o, müasir Çini təmsil edəcək intellektual deyil. Müasir intellektual ölkənin reallığı ilə dərin münasibətdə olmalıdır. İnsan haqlarını, fikir azadlığını dəyərləndirmək yaxşı yazıçının zəruri keyfiyyətləridir”.

Bu il Amerikaya mühacirət edən insan haqları müdafiəçisi Yu Jie də mükafatın Mo Yana verilməsinə qarşıdır: "Mən düşünürəm ki, Nobel mükafatı populyar əsər yazmasından asılı olmayaraq, Mao Tsedunu tərifləyən heç kəsə verilməməlidir“. O, qeyd edib ki, Mo Yan 2009-cu il Frankfurt Beynəlxalq Kitab sərgisində hökuməti tənqid edən müəlliflərin forumuna qatılmadı və Çinin rəsmi nümayəndə heyəti ilə zalı tərk etdi: "Bu onu göstərir ki, o müstəqil yazıçı yox, Çin Kommunist Partiyasının mirzəsidir“.

Çin Pen klubunun Hongkong bürosunun direktoru Patrik Poon Twitter-də məsələyə belə münasibət bildirib: “Onun kitabları tualet kağızı kimi istifadəyə yarayır, onlarla ancaq arxanı təmizləmək olar”.

Blogger Han Hanın fikrincə isə, gənclər onun kitabları ilə maraqlanmır: “Mo Yanın əsərlərində həyat, yaşayış onun kəndindən ibarətdir. O, əsərlərində heyvanları, kəndliləri təsvir edir. Bu isə şəhər həyatından çox uzaqdır, son illərdə Çin getdikcə urbanizasiyalaşır. İnsanlar daha çox şəhərə axışır. 2030-cu ilə kimi əhalinin 80 faizi şəhərli olacaq”.

Almaniya Pen Clubunun baş direktoru Herbert Viesner deyib: “Mo Yan özündə cəsarət taparaq öz ölkəsində 40 yazıçının həbsdə yatmağının düz olub-olmamağı barədə danışsaydı, şad olardım”.

Mo Yanın əsərlərini böyük ədəbiyyat adlandıran Frankkfurt Beynəlxalq kitab sərgisinin direktoru Juergen Boos isə yazıçının layiqli qiymət aldığını düşünür.

Mənbə: „Tagesspiegel“, „Spiegel“, „Frankfurter Rundschau“

Almancadan çevirdi: Sevda Sultanova
kulis.az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG