Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Mayalılar 21 Dekabrla bağlı nə deyirmiş?


Qvatemalada turistlər maya məbədini ziyarət edirlər. 19 dekabr 2012-ci il.

Qvatemalada turistlər maya məbədini ziyarət edirlər. 19 dekabr 2012-ci il.

-

San Dieqodakı Kaliforniya Universitetindən Mərkəzi Amerikadakı qədim Maya mədəniyyətlərini öyrənən alim və antropoloq Geoffrey Braswell Maya təqvimi ilə dekabrın 21-də dünyanın sonu olması haqda iddialardan danışır.

Braswell deyir ki, “Mayalılar əslində 3 təqvimdən istifadə ediblər: hər ili 260 gündən ibarət olduğu ritual təqvim, hər ili 365 gün olan günəş təqvimi və bu iki təqvimim üst-üstə düşməsindən yaranan 52 illik bir təqvim. Üstəlik onlar sivilizasiyanın yaranmasından bu yana da üst-üstə düşən illərin hesabını katunlarla tuturlar. Hər katun 20 ildir, 20 katun 1 baktundur.

Avtomobilin taksometrini - nə qədər kilometr getdiyini göstərən sayğacı təsəvvür edin, sayğac sona çatanda yenilənir və sıfırdan başlayır. Dekabrın 21-də də Maya təqvimi ilə bu baş verəcək, sayğac sıfırlanacaq və 5 125 illik dövrlərdən biri bitəcək.

2012-ci il dekabrın 21, tarixi boş yerə ortaya çıxmayıb. Sonuncu dəfə Mayalılar Eramızdan 3 114 il əvvəl avqustun 21-də indiki, 4-cü dövrün başlandığını qeydə alıblar. 2012-ci il dekabrın 21-də də bu dövr bitir.

Ancaq dövrün bitməsini mayalılar heç özləri dünyanın sonu kimi görməyiblər.
Maya təqvimlərində və qazıntılarda ortaya çıxan daş kitabələrdə ancaq 2 yerdə 2012 tarixinə rast gəlinir. Meksikada tapılan bir kitabədə deyilir ki, dekabrın 21-də 9 maya Allahı cənnətdən çıxacaq və nə isə edəcək. O birində isə deyilir ki, nə isə baş verəcək. “Amma nə” – bu yazılmır.

Meksikada Palenqe antik şəhərində tapılan bir kitabəyə görə isə, 683-cü ildə ölən Kral Pakal deyir ki, Böyük dövrün sonunda – yəni bizim tarixlə 4 772-ci il oktyabrın 11-də o yenidən Yer üzünə qayıdacaq və dünyanı idarə edəcək. Amma yenə də dünyanın sonundan danışmır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG