Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:19

Neft Akademiyasının divarlarına şüarlar yazılıb


ADNA-nın divarlarında rüşvət əleyhinə şüarlar
ADNA-nın divarlarında rüşvət əleyhinə şüarlar
Sentyabrın 27-si səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) divarlarına korrupsiya və rüşvət əleyhinə şüarlar görünüb.

Sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlarda universitetin hər iki korpusunun divarlarına qara rənglə «Rektora istefa!», «YAP universitetdən çıx», «Rüşvətə yox» şüarlarının yazıldığı qeyd edilir.

«Rektora istefa!» şüarının rektorun hər gün avtomobil ilə akademiyaya girdiyi qapının sağ və sol tərəflərinə yazıldığı bildirilir. Bundan başqa universitetin digər yerlərinə «Elmin Bədəlovu universitetə bərpa edin» şüarı da yazılıb.

AzadlıqRadiosunun müxbiri ADNA-dan xəbər verir ki, artıq bütün şüarların yazıldığı yerlər ağ boya ilə rənglənib.

Şüarların hələlik kim tərəfindən yazıldığı bilinmir.

ADNA-dan AzadlıqRadiosuna hadisədən məlumatsız olduqlarını bildiriblər.

Şüarlardan birində adı hallanan Elmin Bədəlov Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil alarkən rektorun əmrinə əsasən 2010-cu ilin yanvarında Akademiyadan uzaqlaşdırılıb. Onun imtahandan qeyri-kafi qiymət alması ilə əlaqələndirilib. Keçmiş tələbə isə iddia edir ki, o, Akademiya rəhbərliyindən Təhsil Nazirliyinin komissiyası və jurnalistlərin müşahidəçiliyi ilə təkrar imtahan olunmasını istəyib. Lakin Akademiya rəhbərliyi buna razı olmayıb. Ali Məhkəmə də onun universtitetə bərpa edilməsi barədə vəsatətini təmin etməyib.

Elmin Bədəlov ali məktəbdən uzaqlaşdırılmasını yerli kütləvi informasiya vasitələrində Akademiyadakı rüşvətxorluqla, maxinasiyalarla bağlı materiallar dərc etdirməsi ilə əlaqələndirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG