Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:23
Ali Məhkəmə ADNA-dan qovulan tələbə Elmin Bədəlovun ali məktəbə bərpa edilməsi barədə vəsatətini təmin etməyib.

Noyabrın 23-də keçirilən prosesdə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin məsələ ilə bağlı qərarlarını qüvvədə saxlayıb.

E.Bədəlovun vəkili Elçin Sadıxov bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəklərini bildirib.

E.Bədəlov ADNA-dakı rüşvət faktları haqda yazısından sonra ali məktəbdən xaric edildiyini deyir.

Məhkəmə vaxtı «Dalğa» Gənclər Hərəkatının üzvləri Ali Məhkəmə binasının qarşısında etiraz aksiyası keçiriblər. E.Bədəlovun ADNA-ya bərpasını tələb edən hərəkat üzvləri «Azad məhkəmə!», «Azad təhsil!» şüarları səsləndiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG