Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39

Notariat kontorlarında rüsumdan artıq alınan pullar


Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru

Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru


«Bizim notariat kontoru özəlləşib». Bunu Bakının mərkəzindəki notariat kontorlarının birində eşitdik. Özü də sənədin əsli ilə surətinin düzlüyünü təsdiqlətdirən zaman. Bu xidmətə görə dövlət rüsumu 25 qəpik olsa da notariat kontorunda bizdən 2 manat istədilər. Narazılıq edəndə isə bildirdilər ki, notariat kontoru bir gün əvvəl özəlləşib və qiymət artımı da elə bununla bağlıdır.

«1 MANAT DÖVLƏT RÜSUMUDUR»

Bundan sonra şəxsiyyət vəsiqəsinin surətinin əsli ilə düz olduğunu təsdiqlətdirmək üçün Bakıdakı 21 saylı notariat kontoruna müraciət etdik. Burda notariat kontorunun özəlləşməsi barədə bir söz demədilər. Amma nə qədər xidmət haqqı ödəyəcəyimizi soruşanda kontorun rəisi sənədə möhür vura-vura bunları bildirdi:

«1 manat! Varındır? 1 manat dövlət rüsumudur».

Kontor rəisi dövlət rüsumunun 1 manat olduğunu desə də bizə verdiyi sənədin arxasında, möhür vurulan yerdə 0, 25 manat dövlət rüsumu alındığı yazılmışdı.

«25 QƏPİK DÖVLƏT RÜSUMU, 25 QƏPİK XİDMƏT HAQQI»

Şəxsiyyət vəsiqəsinin surətini təsdiqlətdirən Kənan Sadıqov birinci dəfə bu kontorda olduğunu bildirsə də, onun dostu Tural İbadlı həmin kontorda ondan bir neçə dəfə dövlət rüsumundan artıq pul alındığını deyir:
Notariat kontorunda təsdiqlənən sənəd

Notariat kontorunda təsdiqlənən sənəd


«Başqa notariusda sənədin surətini təsdiq etdirəndə mən 50 qəpik ödəmişəm. Bildirilib ki, 25 qəpik dövlət rüsumudur, 25 qəpik də xidmət haqqı. Amma bu kontorda bir neçə dəfə 1 sənədin təsdiqinə məndən 1 manat alıblar. Özü də bunu möhür vuranda rəis özü alır. Mən soruşanda ki, «niyə bu qədər artıq alırsız?» deyir «70 qəpik dövlət rüsumudur, 30 qəpik də işçilərin maaşına hesablanır». Bilmirəm, bəlkə də hansısa notariusda qiymətlər fərqlidir, amma bildiyim odur ki, dövlət rüsumları bütün notariuslarda eynidir».

Elə Kənan Sadıqovla və Tural İbadlının müraciət etdiyi notariusun divarında asılmış lövhədə də sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi ilə əlaqədar xidmətə görə dövlət rüsumunun 25 qəpik olduğu qeyd olunmuşdu.

«NOTARİUSLARIN HAMISINDA RÜSUM EYNİDİR»

Ədliyyə Nazirliyində Notariat idarəsinin rəisi Mehman Soltanov bəzi notariusların özəlləşməsi barədə məlumatları təkzib etdi. İdarə rəisinin sözlərinə görə, Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariuslar var, amma onlarla da digər notariuslar arasında hər hansı rüsum fərqi yoxdur:

Bunları da oxuyun
  • Azərbaycan anti-korrupsiya kampaniyası haqqında bütün yazılanlar

«Heç bir dəyişiklik olmayıb. Xüsusi notariuslar da dövlət rüsumu haqqında qanuna uyğun olaraq haqq tuturlar. Yəni xüsusi notariuslarla digər notariuslar arasında hər hansı rüsum fərqi yoxdur. Divarda da yazılıb vurulub ki, dövlət rüsumu haqqında qanuna uyğun olaraq hansı əməliyyata görə, hansı məbləğdə dövlət rüsumu tutulur».

Mehman Soltanov notariat kontorlarında vətəndaşlardan dövlət rüsumundan artıq pul alınmasına dair deyir ki, bunu sübut etmək lazımdır.

Hüquqşünas Xalid Bağırov isə hesab edir ki, Ədliyyə Nazirliyinin öz qurumu ilə bağlı sübut istəməsi o deməkdir ki, əslində vətəndaş dediklərini sübut edə bilməyəcək. Hüquqşünasa görə, normalda nazirlik notariusdan şikayətçi olan vətəndaşdan sübut tələb etməkdənsə, onu bu şikayəti araşdıracaq qurumlara istiqamətləndirməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG