Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:30

Boynu sındırılan əsgərin valideynləri etiraz aksiyası keçirib


Arxiv foto
Arxiv foto
Avqustun 18-də Sabirabadın Xankeçən kənd sakinləri Sabirabad-Şirvan yolunun kənarına çıxaraq etiraz aksiyası keçirdiblər. Aksiya iştirakçıları kənd sakini Əliyev İxtiyar Rizvan oğlunun Tərtər bölgəsindəki «N» saylı hərbi hissədə əsgəri xidmətdə olarkən müəmmalı şəkildə boynunun sındırılmasına və indi də müalicəsi Azərbaycanda mümkün olmadığı halda 1 aydan artıqdır Bakıda hərbi hospitalda saxlanıldığına etiraz ediblər.

Əsgərin atası Əliyev Rizvan oğlunun xəsarət aldığını təsadüfən, başqa bir əsgərin valideyinindən eşitdiyini, hərbi hissədən onlara bu barədə heç bir məlumat verilmədiyini deyir.

«Hər yerə müraciət edirik, deyirlər gözləyin. Bizim uşaq orada qalıb ölməli deyil ki. Prezidentimizdən, Mehriban xanım Əliyevadan, müdafiə nazirinin özündən, bizim uşağa kömək etsin, xaricə göndərib sağaltsın. Biz ona sağ salamat uşaq vermişik. Elə də özümüzə qaytarsın».

Teymur Abdullayev
Rizvan Əliyev deyir ki, əgər onlara kömək edilməsə, əvvəl rayonda hərbi komissarlıq, sonra da Bakıda Müdafiə Nazirliyi və Prezident Adminstrasiyası qarşpısında etiraz aksiyaları keçirdəcəklər.

«HƏLƏLİK BELƏ BİR ZƏRURƏT YOXDUR»

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teymur Abdullayev isə AzadlıqRadiosuna bildirib ki, əsgər Əliyev İxtiyarin xəsarət alma səbəbləri barədə valideyinlərinə məlumat verilb. Onun Bakıya gətirilib hospitala yerləşdirilməsi isə Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində təşkil edilib:

«Hazırda İxtiyar Əliyev lazımi qaydada müalicə alır. Əgər onun xaricdə müalicəsini davam etdirməsinə ehtiyac yaransa, müalicənin effektivliyinə əminlik olsa, nazirlik tərəfindən bu addımın da atılacağı istisna deyil. Amma hələlik belə bir zərurət yoxdur».

HƏMÇİNİN OXU:

20 günün əsgəri nədən ölüb?
Əsgərin boynu niyə sındırılıb?
Zabitlər orduda korrupsiya ilə bağlı prezidentə videomüraciət göndəriblər (VİDEO)
7 əsgər nədən öldü?
Əsgərlər bir-birilərini niyə güllələyirlər?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG