Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

Zabitlər orduda korrupsiya ilə bağlı prezidentə videomüraciət göndəriblər (VİDEO)


«Müdafiə nazirinin tapşırığı ilə Beyləqandakı hərbi hissələrdən birinin zabit və gizirlərinin korrupsiya halları ilə bağlı prezidentə ünvanladığı videomüraciətin araşdırılmasına başlanıb».

Bunu AzadlıqRadiosuna Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

Onun deməsinə görə, araşdırmalar başa çatandan sonra nazirlik bu barədə ictimayyətə konkret açıqlama verəcək.

Videogörüntünün yayımlanmasından sonra prezidentə müraciət edən hərbçilərin ailə üzvlərinə nazirlik tərəfindən təzyiqlər edilməsi barədə səslənən məlumatlara gəlincə nazirliyin sözçüsü bunu təkzib edir:

«Heç bir təzyiq yoxdur. Təzyiq etməyə səbəb nədən ibarət olmalıdır?»

Eldar Sabiroğlu məsələyə hərbi prokurorluğunun müdaxilə edib-etməməsi ilə bağlı da bir söz demir.
Prezidentə müraciət edən əsgərlər

Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən «N» saylı hərbi hissəsinin üç zabiti - kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov, gizir Şahlar Rzayevin ordudakı korrupsiya faktı ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevə müraciət edib. Zabitlərin müraciətini əks elətdirən videolent internetdə də yayılıb.

Adları çəkilən zabitlər bildirirlər ki, Beyləqanda qasırğa nəticəsində dağılan hərbi hissənin kazarması təmir edilməyib. Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əmək haqqı kartalarını girov qoyaraq tiknti materialları alıb kazarmanı təmir etdiriblər. Çətin vəziyyətlə qarşılaşan kapitan Qasımov əmək haqqı kartının hazırda Beyləqandakı inşaat materialları mağazasında girov olduğunu bildirib. O, eyni zamanda tikinti mağazasında digər hərbçilərin də maaş kartlarının saxlandığı haqqında məlumat verib.

Hərbçilər kazarmanın təmirinə qoyduqların xərcin Müdafiə Nazirliyi tərfindən mağazaya ödənilməsini və əmək haqqı kartlarının özlərinə qaytarılmasını tələb ediblər.

Şərhləri göstər

XS
SM
MD
LG