Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Saramaqo son qeydlərində Buşu “yalan danışan robot” adlandırır, Sarkozini...


Feyziyyə Hacıyeva


Joze Saramaqo üçün Amerika prezidenti Corc Buş kim olub? “Orta səviyyəli ağıl göstəricilərinə malik olan” və “dəhşətli dərəcədə savadsız” birisi.

Nobel mükafatlı yazıçı ona “daim absurd fikirlər söyləməyə meylli” adam kimi baxıb.

Saramaqonun fikrincə, Buş özünü bəşəriyyətə komik bir kovboy (naxırçı) pozasında təqdim edir.

Sanki dünya ona dədəsindən miras qalıb və o da dünyanı səhvən beş-on baş mal-qara bilir.

Bu, keçən il vəfat etmiş Nobel mükafatlı Portuqaliya yazıçısı Joze Saramaqonun son qeydlərindəndir. Həmin qeydlər kitab halında çap edilib.

"The notebook" (“Qeyd dəftəri”) adlanan və məşhur italyan yazıçısı Umberto Ekonun ön söz yazdığı kitaba Saramaqonun ömrünün son illərində yazdığı bloqlar daxil edilib.

Burada yazıçının siyasətçilər, zənginlər, iqtisadiyyat, fəlsəfə və bir çox başqa mövzularda qeydləri yer alıb.

Yazıçı daha sonra Buş haqqında yazır: “Biz bilmirik ki, bu adam əsl həqiqətdə nə düşünür və ümumiyyətlə nə haqdasa düşünürmü?.. Bəlkə də o pis proqramlaşdırılmış və daim içindəki proqramın mesajlarını qarışdırıb insanlar qarşısında səsləndirən bir robotdur. Amma bir cəhətinə görə ona tərif düşür... robot Buşun içindəki proqramlardan biri qüsursuz işləyir – yalan danışmaq proqramı!”

Yazıçının Fransa prezidenti haqda yazdığı “Məsuliyyətsiz Sarkozi” bloqundan:

“Mən bu cənab haqda elə çox düşünməmişəm, yəqin bundan sonra daha az düşünəcəm... Sarkozinin siyasi riyakarlığı dərhal diqqəti cəlb edir. O, Həması İsrail ərazilərinə raket atmaqda ittiham edir, halbuki o gərək İsrail ordusunun və hava qüvvələrinin Qəzza zolağındakı dinc əhaliyə qarşı təsəvvür edilməyəcək miqyasda reydlər keçirməsini də pisləsin”.

Kitabda marksist Saramaqonun Roma papası 16-cı Benedikt, İtaliyanın baş naziri Berluskoni haqda da tənqidi fikirləri yer alıb.

Həmçinin oxu
Nobel mükafatlı yazıçı vəfat etdi
Xose Saramaqo: "Mənim Tanrını xüsusi bir xilaskar kimi görmək fikrim yox"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG