Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:39
1998-ci ildə Nobel mükafatına layiq görülmüş portuqaliyalı yazıçı Xose Saramaqo 87 yaşında vəfat edib.

O leykemiya xəstəliyindən əziyyət çəkirdi, axır günlərdə isə bir neçə daxili orqanı sıradan çıxıb.

90-cı illərdə Vətəni Portuqaliyanı inciyib tərk edən Saramaqo ömrünün son çağlarını Kanar adalarında yaşayırdı.

İnciməsinə İspaniyanın konservativ hökumətinin onun "İsa peyğəmbərə əsasən İncil" əsərinin Avropa ədəbi mükafatına namizəd irəli sürülməsinə imkan verməməsi səbəb olub.

Əsərdə İsa peyğəmbərin Məcdəlli Məryəmlə intim əlaqəsindən bəhs edilir.

Saramaqonun 90-cı illərdə Türkiyədə olarkən verdiyi müsahibəni "Oxu zalı"nın izləyicilərinə təqdim edirik.

ƏTRAFLI BURADA OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG