Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47
1998-ci ildə Nobel mükafatına layiq görülmüş portuqaliyalı yazıçı Xose Saramaqo 87 yaşında vəfat edib.

O leykemiya xəstəliyindən əziyyət çəkirdi, axır günlərdə isə bir neçə daxili orqanı sıradan çıxıb.

90-cı illərdə Vətəni Portuqaliyanı inciyib tərk edən Saramaqo ömrünün son çağlarını Kanar adalarında yaşayırdı.

İnciməsinə İspaniyanın konservativ hökumətinin onun "İsa peyğəmbərə əsasən İncil" əsərinin Avropa ədəbi mükafatına namizəd irəli sürülməsinə imkan verməməsi səbəb olub.

Əsərdə İsa peyğəmbərin Məcdəlli Məryəmlə intim əlaqəsindən bəhs edilir.

Saramaqonun Türkiyədə olarkən verdiyi müsahibəni "Oxu zalı"nın izləyicilərinə təqdim edirik.


- 1979-cu ildən bu yana bütünlüklə yazarlığa keçdiyinizi söyləmisiniz. Bu çox önəmli qərarın altında yatan ən çarpıcı fikir nəydi?

- 1974-cü ildən böyük bir dəyişim yaşandı Portuqaliyada. 1975-ci ildə yeni bir inqilab gözlənilir,- deyə bir hərəkat meydana gəldi.

Mən bu inqilabi hərəkatın başlanğıcında işimi itirdim. Siyasi həyatda yer aldığım üçün yeni gələn güclər məni işimdən çıxardı, qaldım ortalıqda.

Bax o zaman həyatımdakı ən önəmli qərarı verdim. İş axtarmadım və yazar olaraq hansı nöqtəyə qədər gedə biləcəyimi araşdırdım. Bir neçə il tərcüməylə məşğul oldum, arada da bir yazar olaraq yolumu axtardım.

1977-ci ildə "Rəssamın Əl kitabı"nı yazdım. 1980-ci ildə kəndlilərin həyatından bəhs edən bir romanım çap olundu. 1982-ci ildə 60 yaşındaydım, "Baltasar və Bilimunda" əsərim işıq üzü gördü.

O gündən sonra yazarlıq məni daha çox cəlb etməyə başladı. Mən yeni dönəm yazarlarının ən yaşlısıyam. 25 il sonra Nobeli qazandım.

- Nobeli aldığınız il, 1998-ci ildə "Bütün İsimlər" adlı romanınız Türkcəyə çevrilmişdi. Bu romanda bir cür "psixoloji araşdırma" eləmisiniz və bir "iç sıxıntısı"nı da hiss edirdi oxucular. Bu iç sıxıntısı yaxşı bir ədəbi əsər üçün vacib idimi?

-ެümün səbəbini bilmək üçün bir meyidin yarılıb baxılması lazım.

Romanda evlər idarəsində çalışan bir məmurun həyatını təsvir etmişəm. Əsasında mənim bütün qəhrəmanlarım mütəvazi, adi insanlardır.

Sanki qarşılarında ciddi bir gələcək yoxmuş kimi, gəliblər bu dünyaya və gedəcəklər kimi yaşayan insanlardır. Böyük bir gələcək gözləmir onları; amma hər kəsin bir gələcəyi var. Romanda anlatdığım bir məmurdu.

O insanın başına ağlına gəlməyəcək şeylər gəlir. Bir gün iş vaxtı qeydlərə baxarkən ölmüş bir qadının adına rast gəlir və onun kim olduğu ilə maraqlanır. "Aman, mənim nə vecimə demir"-onunla maraqlanır.

Bu maraq dairəsində qəribə şeylərlə qarşılaşır. Əslində bir eşq kitabıdır bu roman.

Qəhrəman bilir ki, o qadın ölmüşdür. Mənə görə işin içində eşq olmasa, qadınla o qədər maraqlanmazdı. Bu mənim görüşüm; amma oxucular başqa şeylər düşünə bilər.

- Nobeli aldıqdan sonra yazı həyatınızda olmasa da şəxsi həyatınızda bir şeylər dəyişdimi ?

- Xeyir, necə yaşayırdımsa, eləcə də yaşamağa davam edirəm. Amma cəmiyyətdəki həyatım dəyişdi.

Baxınız, Orhan Pamukun cəmiyyət qarşısındakı həyatı dəyişmədimi? Amma şəxsi həyatı dəyişmədi. Mən Nobeli almadan öncə necə olmuşamsa, eləcə də qalmışam. Nə bomboş bir insanam, nə çox paxılam, nə də başqalarına həsədlə baxıram.

Belə bir xasiyyətim yox. İşimi görürəm.

Hər zaman gördüyüm işi. İsveç Kral Akademiyası Nobelə layiq gördü.

Bu mükafatdan sonra da çalışmağa davam etdim, böyrümü yerə verib yatmadım.Yatım bir keyf eləyim demədim. Nəyi ədalətli bilirdimsə, yenə onların uğrunda mübarizə eləyəcəm. Yəni bir şey dəyişmədi.

- Portuqaliyada olanlara qarşı bir yazar idiniz. İspaniyada yaşadınız bu üzdən. Amma Nobeli alınca Portuqaliyada da sizə münasibət dəyişdi. Portuqaliyanı bir daha tanıtdınız.

- Mən Kommunist Partiyasının aktiv bir üzvüyəm. 1922-ci ildə doğuldum.

1926-cı ildə Portuqaliyada bir əsgəri hərəkət ortaya çıxdı və yavaş-yavaş Portuqaliya faşizmə doğru getdi.

1974-cü ilin iyun ayındakı bir inqilab sonucunda Portuqaliya faşizmi yıxıldı. Mən diktatorluq dönəmində diktatorluğa qarşı əlimdən gələni eləyirdim. Onlara qarşı mübarizələrdə iştirak etməyə çalışırdım.

Bəli, həqiqətən o zamankı quruluşa qarşıydım. 1974-cü ildəki inqilaba mən də qatıldım. 1974-dən sonra Portuqaliyada demokratik bir həyat başladı, deyə bilərik. 1991-ci ildə "İncildəki İkinci İsa" adında bir kitab çap etdirdim.

Kitab qadağan olundu. Bu heç. Fəqət Avropa Birliyində bu əsərin Portuqaliyadan namizəd göstərilməsinə icazə verilmədi. Məmləkətimdə demokratiya vardı, amma bu demokratik hökumət mənim kitabımın namizəd göstərilməsinə izin vermədi.

Onların göstərdiyi səbəb buydu: Kitab Portuqaliya katoliklərinin hisslərini incidə bilər. Diktatorluq dönəmində bir çox şeyin yasaqlanmasına, bir çox faaliyyətin qarşısının alınmasına alışmışdıq. Amma demokratiya olan bir yerdə belə bir şeylə qarşılaşınca buna dözə bilmədim və bu üzdən Kanarya Adalarına köçdüm. Bir məsələnin üzərində ayrıca durmaq istəyirəm:

Mən vergilərimi Portuqaliyada ödədim. Mənim davam xalqımla deyildi, xalqı idarə edən hökumətlə idi.

Bəzi yerlərdə demokratiya adıyla olanlar xoşuma gəlmir, hələ də bu davam edir. Nobelin mənim üçün siyasi bir anlamı yox. Dünyada bilinən ən önəmli ədəbiyyat mükafatıdır. Demək ki, mənim yazdıqlarıma qiymət vermişlər.

Bu elə bir mükafat ki, daha başqa şeylər haqqında düşünmürsünüz. Mən Nobel mükafatından sonra başqa hər hansı bir mükafatı almamağa qərar verdim. Başqa mükafatları almanın heç bir mənası yoxdur.

- Əsərlərinizdə "susmaq" (susqunluq) kimi qavramın xüsusi bir yeri, anlamı var kimi görünür. Bunu ədəbi bir tərz olaraqmı görürsünüz? Hər şeyi bilməyin son nöqtəsi susmaqmı?

- Əsərlərimdə bu ola bilər: amma bu bir mütləq qəbul etmə və ya rədd etmə kimi başa düşülməməlidir.

Əsərlərimdə daha çox mübarizə və qarşı çıxma vardır. Romanlarımdan birisində kənd camaatının mübarizəsini yazdım.

Hər şeyi bilmək məsələsinə, "Rikardo rəisin öldüyü ildə" də "Dünyadakı olanlarla xoşbəxt ola bilmək bilgəlikdir" - demişdim. Bunu mən oxumuşdum bir yerdə. Ondan sonra Rikardonun öldüyünü yazdım.

Bunun tərsini sübut etməyə çalışdım. Amma mənim özümün şəxsi həyatım bir yazar olaraq, bir siyasi mübarizə və dirənmək hekayəsidir.

- Ateist olduğunuzu bilirik. Yaşlandıqca Tanrı həqiqətləriylə üzləşmənin nəticəsi dəyişirmi? Yazmağı ateist bir həyatdan qurtarmaq kimi görürsünüzmü, yoxsa baş qarışdırmaq kimi?

- Bəli, ateistəm. Mənim Tanrını xüsusi bir xilaskar kimi görmək fikrim yox. Nədən xilas olmalıyıq ki? Nəyi qurtaracaq? Ruhumumu düşünürsünüz? Mənim ruhum yox ki. Nədir bu ruh dediyiniz?

Mən nəyəmsə hər şey qafamın içində. Qafamızın içində olanlar bizim dünyanı dərk etməyimizə yardım edir. Mənim dünyanı və kainatı dərk etməyimin içində Tanrıya yer yox.

- "Korluq" adlı romanınızda anidən başlayan və anidən keçən korluq xəstəliyi ilə Qamsunun "Vəba"sı oxşar bir dünyanı xatırladır. Hər iki xəstəlik də faşizmin simvoludur. Yalnızlıq, yolunu çaşmaq, axtarış, tərs yaşamağın təbiiliyi, qısaca, Kafka dünyasının ana temaları. Bu anlamda Qamsun və Kafkaya sizin yazarlarınız deyə bilərikmi?

- 20-ci yüzilin ən önəmli yazarları bunlar. Kafkanı kim bəyənməyə bilər ki?

Qamsunu kim bəyənməz? Amma mən bənzərlik görmürəm. Bəlkə Kafka ilə bağlı bəzi həqiqətlər ola bilir. Yaşadığı cəmiyyətdəki sıxıntıları yazmış. O baxımdan bənzərlik tapa bilərik.

- "Korluq" romanında dünyaya həcv gözüylə baxan yazarsınız. Sizdən bunu soruşmaq istərdim: Dünya hara gedir? Korluq davam edirmi?

- Bu korluq fikrinin ortaya çıxması çox bəsit olmuşdur əslində. Bir yeməkxanada oturmuşdum. Sifarişimi verib gözləyirdim. Bir anda qafamda bir sual məni narahat etdi: Ya hamımız kor olsaydıq, - düşündüm.

Həmən öz-özümə cavabı da tapdım, zatən onsuz da koruq, - dedim. O roman belə doğuldu.

Hamımız kormuşuq, insafımız qalmamış kimi yaşayırıq. İnsanlar zəki olanları görməyə dözmürlər. İnsanlığın ilk dönəmlərində zəki olmaq kəşf edildiyində belə zəkalı olanlara dözməyiblər.

Onun üçün də dəli oldular. Hələ də o dəlilik davam edir. İnsan dediyimiz o xaliq ağıl xəstəsidir. Əgər elə olmasaydı, dünya bu ankı vəziyyətdə olmazdı.

Bu dünya düzənini bu vəziyyətə gətirən, hər halda, ağlı başında bir ruh işi deyil.

Məsələn, eqoizmi düşünək, hirsi, dini inancları düşünək. Baxın, bütün bunları düşündüyümdə insan oğlu ağıl xəstəsi bir varlıqdır, - deyə bilərik. Bir də belə bir şey var:

Biz məntiqimizi məntiqli olan insanların qarşısında göstərə bilərik.

Əslində bizim yaşamağa haqqımız yox kimi. Sonuc fəlakət, fəlakətə sürüklənər bu iş. Yaxşılığa doğru heç bir şey görmürəm. Orada-burada bəzi sevindirici şeylər ola bilər. Amma həyata yeni bir anlam qazandırma məsələsində heç bir irəliləyiş yox.

Bir də elə qəribə təzadlar var ki, insanın gələcəyə heç bir ümidi qalmır.

Mən hələ Türkiyəni tam gəzə bilməmişəm, amma hiss edirəm ki, Türkiyədə bir-biriylə dil tapa bilməyən, bir-birinin əksinə kürək çəkən güclər var ki, bunu anlaya bilmədiyimi deyə bilərəm.

Böyük topluluqlar halında yaşayan insanların heç bir ortaq dərdləri-sərləri yoxmuş kimi görünürlər...

- Sizcə səbəbi nədir bu yabançılaşmanın? İnsanlar Getdikcə daha çox yalqızlaşırmı?

- Yalqızlıq və yabançılaşma artır. Biz başqasını özümüz kimi tanıya bilsəydik, məsuliyyətləri olan, haqları olan biri kimi Görsəydik, mən başqasına hörmətlə yanaşsaydım,o da məni saysaydı, hər kəs öz inancını, düşüncəsini yaşaya bilsəydi...

O zaman anlaşa bilərdik! Bu bir-birini anlamaq şəraitində ola bilər; amma ortalıqda cəmiyyət və kütlə var, o zaman bu çox zor. Yenə də ən başlıca səbəb bu: kütlələri idarə etmək asandır, onlarla dil tapmaq olar.

O zaman o kütlənin içindəki fərdlər də fərd olaraq təkbaşına çalışmağa çox meyl etməz. Neyçün başqası mənim düşmənim olsun ki? Nədən bunu qəbul etməliyik? "Bizdən olmayanlara ölüm"- deyərək yaşaya bilmərik ki! İndi bəziləri "kafirlərə ölüm"- deyir.

Niyə ölsün kafirlər? Heç bir çocuk, bəbək anadan dindar doğulmur. Məsələn, heç boynunda xaç doğulan uşaq Görmüsünüzmü?

Yeni doğulmuş uşaqlar azad doğulur. Bir bəbək doğular, amma vicdanı və mənliyi hələ bitkin olmaz, bax, əsl azadlıq odur.

Böyüdüyü zaman ətraf mühit onu başqalaşmağa məcbur edər. Yəhudi isə sinaqoqa, xristiandırsa kilsəyə, müsəlmansa camiyə Götürürlər. Yaxşı bunun anlamı nədir? Tanrının varlığına inanırsınızsa, bir olmasına da inanmalısınız.

Tanrı birdir. Onun Tanrısı, bunun Tanrısı deyə bir şey yoxdur. Tanrı varsa, məncə bir dənədir. Hər kəsin qafasında fərqli Tanrı olduğunda bizdən olmayanları başqası elan edirik.

- Bu cür bir-birinə düşmən olan insanların yaşadığı dünyada ədəbiyyatın vəzifəsi nə olacaq?


- Yox, yox, ədəbiyyat dünyanı dəyişdirməz.Tərsinə, dünya ədəbiyyatı dəyişdirər.

Çox şükür ki, belə olur, çünki bu, ədəbiyyatın canlı bir varlıq olduğunu Göstərir. Yazarların da diGər bütün insanlar kimi həyat haqqında fərqli Görüşləri vardır.

Fərq budur: Yazarların istedadı vardır və bunu yazıya çevirirlər. Oxucular da onlara ya qatılar, ya da qatılmaz.Amma dünyanı dərdlərdən qurtara bilmərik.

- Portuqaliyada bir kitabxana toplantısında elədiyiniz çıxışda "Oxumaq hər zaman xüsusi seçilmiş adamlar üçündür, hər zaman da elə olacaq. Hər kəsdən oxuma tələbində ola bilmərik"- dediniz. İnsanları zorla oxumağa təlqin etməyin dəyəri olmadığı və yararsızlığını söylərək çoxlarını çaş-baş saldınız. Bu fikrinizin əsasında hansı düşüncə var?

- Yəni burada doğru olmayan nədir ki? Mən olanı anlatdım. Əsl oxucu azdır.Məsələn, Türkiyədə kitablar hansı tirajla çıxır?

Son kitabım iki min çıxmış.Türkiyədə təxminən 70 milyon insan var. İstanbulda 17 milyon insan var. 17 milyon insan üçün bir kitab iki min çap olunur. İndi qalxıb da kimsə deyə bilərmi ki,oxumaq fərdi iş deyil.İndi bir kitabı 20 min, 2 milyon çap edə bilərsiniz,bu olmaz demirəm.

Mən bunun əleyhinə Getmək fikrində deyiləm,bu olar özümə qarşı çıxmaq.Oxumanın daha Geniş anlam alması üçün milyonların xərclənməsi lazım.Amma bu cür olanda baxarsanız,heç bir uğur əldə edilmir.

Məncə, əsas məsələ məktəbdən başlayır, ibtidai sinifdən. Hər şeyə ordan başlamaq lazımdır.Universiteti bitirən insanların çoxunun dünyadan xəbəri olmur.Amma bu Günah heç universitetin də deyil.

Məktəb təhsili bütün bəlaların başında Gəlir və ordan başlanır hər şey.İnsanın bütün Gələcəyi orda həll olunur.

- İroniya və xəyal hardasa bütün əsərlərinizdə qabarıqdır. Bunun əsasında həyata baxışınızmı durur?

- Tam kəlləmdən, tam kəlləmin içindən Gəlir bütün bunlar; ironiya və xəyal.

Dünyaya baxıram, beynimdə Götür-qoy edirəm. Həyat təcrübəm var, bir şeylər öyrəndim bu həyatdan. Gələcəklə bağlı arzularım da qafamın içində.

Bu qafa elə bir qafa ki,onunla rəsm də çəkə bilirsən,musiqi də bəstələyə bilirsən, roman da yaza bilirsən.

- Həqiqətlərdən yuxarıda duran "xüsusi" bir marağınız olduğunu söyləyə bilərikmi?

- Xeyr, həqiqətdən üstün heç bir marağım yoxdur. "Rikardo Rəisin Þldüyü İl" romanında məsələn. Mən buradakı obrazın Gerçək bir insan olduğunu deyə bilərəm. Adam ölüb, əslində, mən onu dirildirəm.

Dirilib Geri Gəldiyində bizlərdən biri olur. Mən onu canlı bir obraz olaraq danışdırıram.

Yeni olmayan bir şeylər kimi yox, həqiqi insanlar kimi, əli-ayağı olan adamlar kimi. Türkcəyə çevrilən son kitabım "Þlüm Bir Varmış, Bir Yoxmuş" son dərəcə ironik bir kitabdır. İçində yumoristik ünsürlər var. Þlüm və yaşlılıq haqqında yazılmış bir romandır.

Başınıza Gələcək ən pis şey ölümün yox olmasıdır.

- Sizinlə bağlı məlumat toplarkən 5 cildlik bir Gündəliyiniz olduğunu öyrəndik. Heyf ki, bu Gündəlik hələ Türkiyədə çap olunmayıb. Bu işinizi hələ də davam etdirirsinizmi? Siz bu işə başlayanda onu bir ədəbi janr olaraqmı Görürdünüz, yoxsa sadəcə bir Gündəlik yazdınız?

- 1993-dən 1997-yə qədər Gündəlik qeydlərimi yazırdım. Bəli, bu Gündəlikləri bir yazarın Gündəliyi olaraq yazdım. Amma bir insanın şəxsi şeylərini və hisslərini yazdığı kimi bir şey deyil bu.

- Türk oxucuları və yazarları tərəfindən ən çox tanınan portuqaliyalı şair Fernando Pessoa. Sizin də Pessoaya bağlı "Rikardo Rəisin Þldüyü İl" adlı bir romanınız var. Bir lissabonlu olaraq dilinizin böyük ustası Pessoa ilə hansı bir münasibət var aranızda?

- Çox önəmli bir şair. Mən onu çox yaxşı oxuyuram. Amma onunla başqa bir yaxınlığımız daha var:

Mənim ilk tanıdığım Pessoa soyadlı şair Fernando Pessoa deyil, Rikardo Rəisdi. Mən də Gəncdim o zamanlar, həqiqətən Rikardo Rəis deyə bir şair var zənn edərdim. Oxuduğum şeirlərin ona aid olduğunu düşünürdüm.

Bir neçə il sonra Rikardo Rəis deyə birinin olmadığını, bu şeirlərin Fernando Pessoaya aid olduğunu öyrəndim. Fernando Pessoanın əsərlərindən biri məni çox təsirləndirmişdi. O zaman 18-19 yaşlarındaydım.

Beləydi: alim adam həyatın ona bəxş etdikləri ilə xoşbəxt olan insandır. Bambaşqa fikirlər vardı qafamda və o zaman başa düşdüm ki, həqiqi alimlik olanları izləməkdən keçmir. Aradan çox sənələr keçdi.

Dünyada olanları seyretmənin kifayət etmədiyini ortaya qoymaq üçün "Rikardo Rəisin Þldüyü İl" kitabını yazdım. Mən bax, o zaman Rikardo Rəisə soruşmağa qərar verdim.

Həqiqətən dünyada olanları seyretmənin alimliklə bir əlaqəsi varmı? Eh, bax indi cavabını Görürsünüz. Buyurun baxaq, dünyada nələr baş verir? Bu nə cür bir alimlikdir?

- "Korreria Della Sera"dakı yazınızda "Orhan Pamuk kimi bir yazar ölüm təhdidləri nədəniylə Türkiyəni tərk etməyə məcbur edilir, ortada nəsə var demək. Asiyanı içimizəmi soxacağıq? Hər kəs Avropalıdırmı? Türkiyə necə Avropa ola bilir?"- demişdiniz. Hələ eyni fikirdəmisiniz?

- Bəli, eyni fikirdəyəm. Buna inanıram, həm də çox adi bir səbəbdən: Türkiyənin Avropa olması lazım deyildir ki! Türkiyənin Avropa olmağa heç ehtiyacı yox. Türkiyə böyük bir ölkə.

Hər şey burada doğdu zatən, böyük bir mədəniyyətiniz, kültürünüz var. Avropa ilə qeyri adi əlaqələriniz, münasibətləriniz ola bilər. Ticari, mədəni, hər cür münasibət yarada bilərsiniz.

AB-yə Girmək sizə heç bir şey qazandırmayacaq ki!

Buraya hər kəsin xoşuna Gələcək şeylər söyləməyə Gəlmədim. Söylədiklərim bəzilərinin xoşuna Gəlməyə də bilər. Amma mən düşündüyüm şeyləri deyirəm.

Tofiq Abdinin təqdimatında
“Ədalət” qəzeti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG