Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58
Al-Jazeera və CNN telekanallarının məlumatına görə Al-Qaeda terror təşkilatı əslən Misirdən olan və xüsusi təyinatlı qüvvələrin keçmiş zabiti Saif al-Adeli özünün müvəqqəti lideri elan edib. Al-Qaedanın əvvəlki lideri Osama bin Laden bu il mayın 2-də Pakistanda ABŞ hərbçiləri tərəfindən öldülrülb.

Saif al-Adelinin 40-50 yaşlarında biri olduğu guman edilir. ABŞ onu 1998-ci ildə Nayrobi və Dar əs Salaamdakı səfirliklərinə bomnbalı hücuma görə günahkar bilir. Onun Əfqanıstan və Sudanda Al-Qaeda üçün təlim mərkəzi yaratdığı da guman edilir.

ABŞ-ın Federal Təhülkəsizlik Bürosu Muhamad Ibrahim Makkawi və Ibrahim Al-Madani adları ilə də tanınan bu adamın başına 5 milyon dollar mükafat vəd edib. Təhlilçilər onun müvəqqəti lider elan edilməsinə baxmayaraq, tezliklə daimi lider olacağını deyirlər.

Bundan əvvəl Al-Qaedanın növbəti lideri kimi bin Ladenə yaxın olan 59 yaşlı Ayman al-Zawahirinin adı hallanırdı. O da əslən misirlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG