Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

Bin Laden əl Qaidəni Pakistandakı evindən idarə edirmiş


Osama bin Laden əl Qaidənin fəaliyyətini Pakistandakı sığınacağından idarə edirmiş.

Bunu ABŞ xüsusi xidmətinin nümayəndələri deyirlər.

Əməliyyat zamanı bin Ladenin ələ keçirilmiş arxivləri göstərir ki, onun Abbotabaddakı evi komandanlıq mərkəziymiş və əl Qaidəyə strateji və operativ nəzarət ordan həyata keçirilirmiş.

Pentaqon bu ərəfədə bin Ladenin arxivindən 5 videoyazı yayıb.

Bu materiallarda onun tərəfdarlarına müraciəti də var.

Xüsusi xidmətin nümayəndələri bin Ladenin evindən tapılmış materialların qiymətli informasiya mənbəyi olduğunu deyirlər.

Osama bin Laden ABŞ xüsusi təyinatlı qüvvələrin mayın 1-də keçirdikləri xüsusi əməliyyat zamanı öldürülüb.
XS
SM
MD
LG