Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:40

Pentaqon bin Ladenin yeni videolarını yayıb (Videolar)


Pentaqonun mayın 7-də yaydığı Osama bin Laden haqqında videodan bir şəkil
Pentaqonun mayın 7-də yaydığı Osama bin Laden haqqında videodan bir şəkil
Pentaqon Osama bin Ladenin yaxalandığı otaqda çəkilən bəzi videoları yayıb. Həmin videolardan birində yaşlı adam televizora baxır. ABŞ kəşfiyyatçıları onun bin Laden olduğunu və özü haqqında verilişə baxdığını deyirlər.

Mayın 7-də bu videoları jurnalisrlər nümayiş etdirən ABŞ-ın kəşfiyyat rəsmiləri biıldiriblər ki, bin Laden təkcə terrorçu al-Qaeda təşkilatının rəmzi lideri olmayıb, o, fəal şəkildə bu təşkilatı idarə edirmiş. Onların bildridklərinə görə bin Ladenin yaşadığı evdən beş video aşkar edilib.

2010-cu ilin oktyabr, ya da noyabr aylarında çəkilmiş videolardan başqa birində bin Laden kameraya baxaraq çıxış edir. Səs gəlmir, amma rəsmiləri onun ABŞ-a müraciət etdiyini deyirlər. Mətbuat konfransında iştirak edən BBC televiziyasının müxbiri bildirir ki, o biri videolarda da həmin çıxışa hazırlıqlar əksini tapır.

Osama bin Laden mayın 2-də Pakistanın sakit şəhərlərindən birində Abbotabadda yaşadığı evdə ABŞ hərbçiləri tərəfindən öldürülüb. İndi ABŞ mütəxəssisləri onun evindən götürülən sənədləri, DVD, elektron yaddaş kartlarını araşdırılar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG