Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:45

ATƏT sədri: «Demokratiya sahəsində irəliləyiş əldə olunmalıdır»


Audronyus Ajubalis
Audronyus Ajubalis
«Azərbaycan Avropanın ən yaxın tərəfdaşı olmaq üçün təhlükəsizlik və enerji baxımından mühüm əhəmiyyətə, həm də böyük potensiala malikdir. Lakin bundan ötrü demokratiya sahəsində irəliləyiş əldə olunmalıdır».

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis martın 14-ü Bakıda siyasi partiya liderləri ilə görüşündə deyib.

O, ölkədə siyasi plüralizm, mətbuat, ifadə, toplaşma azadlıqlarının təminatının vacibliyini vurğulayıb. «Azad seçkilər demokratiyanın əsasını təşkil edir. Lakin son parlament seçkiləri göstərdi ki, bu sahədə mühüm demokratik inkişafa zərurət var», - deyə ATƏT sədri bildirib.

A.Ajubalis deyib ki, siyasi partiyaların KİV-in bütün növlərinə sərbəst çıxışı olmalıdır. O, siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsinə çağırıb.

A.Ajubalis onu da deyib ki, demokratiyanın bərqərar olması bir-iki günün işi deyil, uzun prosesdir. Ancaq bu, ardıcıl olmalıdır.

Sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam edib. Görüşdə Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Yeni Azərbaycan, Müsavat, Xalq Cəbhəsi, Liberal, Ümid partiyalarının nümayəndələri iştirak ediblər.
XS
SM
MD
LG