Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:41
Martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri Audronyus Ajubalis Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Siyasi partiya rəhbərləri və rəsmilərin bu görüşdən gözləntiləri isə fərqlidir.

AXCP sədri Əli Kərimli görüşün islahatlar üçün yeni bir təkan ola biləcəyinə həm inanır, həm də inanmır:

«İstənilən halda beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməlidir. ATƏT bizim regionda mühüm təşkilatdır. İlk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ikinci isə Azərbaycanda parlament seçkilərinin monitorinqinin aparması önəmlidir. Bizim ümidimiz var ki, ATƏT-in azad və ədalətli seçkilərin keçirilməsində rolu olacaq».

Müsavat başqanı İsa Qəmbər isə bu görüşün ənənəvi görüşlərdən biri olduğunu deyir:

«Hər il ATƏT-in fəaliyyətdə olan sədri dəyişir, hər il də Azərbaycana səfər edirlər, hər səfərlərində də siyasi partiyalarla görüşürlər. Bu görüş də ənənəvi görüşlərdən biridir. Hər zamanınkından fərqli bir şey olsa, bu haqda fikrimi bildirərəm».

YAP-ın icra katibi Əli Əhmədov isə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təkan verməsini gözləyir:

«Bizim üçün ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan bir təşkilatdır. Amma çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü bu missiya yerinə yetirilməyib. Bizim ATƏT-dən, ATƏT-in fəaliyyətdə olan sədrindən də gözləntilərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə təkanlı təsir göstərməsidir».

Əli Əhmədov əlavə edib ki, hər bir ölkənin daxili siyasəti də, daxili işləri də ölkənin öz hakimiyyətinin, ölkə vətəndaşlarının üzərinə düşən öhdəliyidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG