Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

Əli Əhmədov: «İcazəsiz aksiyaların qarşısı alınacaq»


Əli Əhmədov
Əli Əhmədov
Martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri Audronyus Ajubalis Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında Müsavatın 12 mart aksiyasına münasibət bildirib. O, deyib ki, istənilən kütləvi etiraz aksiyaları qanunauyğun şəkildə icazəli olmalıdır:

«İcazə almadan bu və ya digər yerlərdə keçirilən aksiyaların qarşısı qanunauyğun şəkildə alınacaq. Etiraz aksiyası keçirmək üçün hər şeydən əvvəl Azərbaycan qanunlarına uyğun icazə alınmalıdır».

Əli Əhmədov aksiyada «Korrupsiyaya yox!», «Azad seçki!», «Azadlıq!» kimi səslənən şüarlara da münasibət bildirib:

«Azərbaycan prezidenti də korrupsiya ilə bağlı öz mövqeyini ortaya qoyub. O ki, qaldı azad seçki məsələsinə, bir neçə ay öncə Azərbaycanda parlament seçkiləri keçirilib. Azərbaycan vətəndaşları azad şəkildə bu seçkilərdə öz fikirlərini ifadə edib, seçimlərini ediblər. Seçkilərdə uduzanların seçkilərin nəticələrini şübhə altına alması ənənəsinə nəhayət ki, son qoyulmalıdır».

Eyni masada əyləşən Müsavat başqanı İsa Qəmbər isə Əli Əhmədovun fikirlərinə etiraz edib. Bildirib ki, əslində, Azərbaycan Konstitusiyasında və qanunvericiliyində hər hansı etiraz aksiyasının keçirilməsi üçün icazə nəzərdə tutulmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG