Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36
Dövlət mediasının xəbərinə görə Çinin cənub şəhərlərindən birində yaradılan Korrupsiya Muzeyi ictimaiyyətə müraciət edərək ötən əsrdə ölkənin ən korrupsiyalaşmış rəsmilərini müəyyən etməyə çağırıb.

Chengdu şərəində yaradılan muzeyin rəhbəri Fan Jianchuan ötən həftəsonu bildirib ki, bu təklifi ona internet istifadəçiləri verib. Onun dediyinə görə ən rüşvətxor məmurların siyahısı müəyyən ediləcək və o, uzun müddət - bəlkə də qarşıdakı bir neçə nəslə biabırçılıq nümunələri kimi təqdim ediləcək.

Vətəndaşlar muzeyin internet səhifəsində ən korrupsioner məmur nominasiyasına öz namizədlərini verə bilərlər. Namizəd məmurun tutduğu vəzifənin böyüklüyündən, oğurladığı pulun məbləğindən, onun rüşvətxorluğunun doğurduğu nəticələrdən asılı olaraq 100 nəfərlik siyahıda yeri müəyyən ediləcək.

Təşkilatçılar gələcək nəsillərə bununla bir ibrət tablosu verə biləcəklərini düşünürlər. Onların fikrincə, Korrupsiya Muzeyi ideyasının həyata keçirilməsi bəlkə də məmurlara və vətəndaşlara əllərini təmiz saxlamağa yardım edə bilər. Yoxsa, rüşvət və korrupsiyaya görə həbs olunmaq bir yana, adı korbu muzeyə salınmaqla onları bir neçə nəsil davam edən biabırçılıq gözləyir.

Onlar muzeyin gələcəkdə bir anti-korrupsiya tədrisi mərkəzinə çevrilməsini istəyir, ora hətta, həbsxanada cəza çəkən məhbusların gəzintiyə gətirilə biləcəyini deyirlər. Fan Jianchuan bildirir ki, Muzeyin işə salınmasına dəstək üçün hakim Kommunist Partiyasının Intizam Komitəsinə müraciət ediblər.

Çinin Baş naziri də etiraf edib ki, “yolunu azmış” məmurların hərəkətləri ölkəni olduqca ciddi və yayğın korrupsiya problem ilə üz-üzə qoyub.

Şərhləri göstər

XS
SM
MD
LG