Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:40
Son il yarım ərzində Şanxayda 383 məmur rüşvət və korrupsiya ittihamları ilə istintaqa çəkilib. “Shanghai Daily” qəzetinin məlumatına görə yerli prokuror onların 279 milyon yuan (təxminən 41 milyon ABŞ dolları) rüşvət aldıqlarını iddia edir.

Istintaqa çəkilənlərdən 58 nəfəri yüksək rütbəli məmurlardır. Prokurorluq hesab edir ki, işin üstünə vaxtında düşdüyünüdən daha 167 milyon yuan (25 milyon ABŞ dollarına yaxın) məbləğdə də dövlət pulunu korrupsiyadan xilas edilib.

Tutulanlar arasında bir əyalət rəhbəri də var. Prokurorluq onu 2.8 milyon yuan (400 ABŞ dollarından çox) rüşvət almaqda ittiham edir. İttihama görə 46 yaşlı əyalət rəhbəri vəzifəsindən sui-istifadə edərək vətəndaşlardan rüşvət yığırmış. Onu ötən ilin dekabrında həbs ediblər.

2009-cu il fevralın 3-də Pudong əyalətinin qubernator müavini rüşvətə görə ömürlük azadlıqdan məhrum edilib. O, 900 min dollara yaxın rüşvət almaqda və arvadı ilə birlikdə 1.5 milyon dollarlıq qanunsuz əmlaka sahib olmaqda suçlu biliblər.
XS
SM
MD
LG