Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:59
Noyabrın 19-da Çində yerli bir rəsmini edam ediblər. O, Mancuriya imperiyasının qalıqlarını 550 000 dollara satmaqda ittiham edilib. Bu ittihamla bağlı hökm hələ altı ilə əvvəl çıxarılmışdı.

Dövlət mediasının xəbərinə görə edam olunan Li Haitao imperiya qalıqlarının saxlandığı ərazinin təhlükəsizlik xidmətinin rəhbəri olduğu müddətdə bir neçə başqa adamla əlaqəyə girərək bəzi eksponatları oğurlayıb.

Bu gün həmçinin Çinin əsas nüvə agentliyinin rəhbəri bir milyon dollar rüşvət almaq ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib. Bu cinayətdə itithamla 57 yaşlı Kanq Rixin də ölüm hökmü ilə cəzalandırıla bilərdi. Amma dövlət mediası onun istintaqla əməkdaşlıq etməsi nəzərə alınaraq ölümlə yox, ömürlük həbslə cəzalandırldığını bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG