Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

Eynulla Fətullayev barədə 5-ci həbs qərarı


Eynulla Fətullayev
Eynulla Fətullayev
Noyabrın 5-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Eynulla Fətullayevin Qaradağ rayon məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Prosesin əvvəlində təqsirləndirilən şəxsin vəkili İsaxan Aşurov ilkin məhkəmə baxışının vaxtı barədə əvvəlcədən məlumat verilmədiyini bildirib. O, yazılı vəsatətlər hazırlamaq üçün məhkəmə iclaslarına bir neçə günlüyə fasilə verilməsi ilə bağlı vəsatət təqdim edib. Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını xahiş edib. Vəsatət təmin olunmayıb.

Sonra prokuror məhkəmədən Eynulla Fətullayev barəsində həbs-qətimkan tədbiri seçməsini istəyib.

Nəticədə narazılıq yaranıb və İsaxan Aşurov buna etiraz olaraq məhkəmə zalını tərk edib.

Sonda prokurorun Fətullayevin barəsində həbs-qətimkan tədbiri ilə bağlı vəsatəti təmin olunub.

İyulun 6-da Qaradağ rayon məhkəməsi Eynulla Fətullayev barəsində azadlıqdan məhrumetmə hökmü çıxarsa da, onun artıq həbsdə olduğunu əsas gətirərək barəsində həbs-qətimkan tədbiri seçməyib.

Növbəti məhkəmə iclası noyabrın 22-nə təyin olunub.

Eynulla Fətullayev 2007-ci ildən həbsdədir. O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi bu ilin aprelində jurnalistin azadlığa buraxılması, ona 28 min avro təzminat ödənilməsi haqqında qərar çıxarıb. Bundan sonra Azərbaycan hökuməti bu qərarla bağlı Məhkəmənin Böyük Palatasına şikayət göndərib. Keçən ay isə Böyük Palata qərarı qüvvədə saxlayıb.

2009-cu ilin dekabrında isə saxlandığı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və cinayət işi açılıb. Bu ilin iyulunda Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə bu ittiham üzrə Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG