Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

II Qaregin Ermənistan prezidentinə müraciət edib


II Qaregin
II Qaregin
Bütün Ermənilərin Katolikosu II Qaregin gizir Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Ermənistan prezidentinə müraciət edib. APA-nın “ARMENIA Today” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Eçmiədzinin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirill vasitəsilə II Qareginə müraciət edərək, bu işdə yardım etməsini xahiş edib.

Bununla əlaqədar II Qaregin Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Lakin Ermənistan prezidentinin II Qareginə hansı cavabı verdiyi hələlik açıqlanmır.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də Tərtər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən həlak olub. Azərbaycan prezidentinin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG