Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:50

Mübariz İbrahimovun xatirəsinə yürüş başlayıb


Bir qrup Ağdam sakini avqustun 4-də Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonuna doğru yürüşə başlayıb.

Bu barədə AzadlıqRadiosuna Ağdam rayon Gənclər İdarəsinin rəisi Məhəmməd Aslanov məlumat verib. Onun dediyinə görə, yürüşü rayon sakinləri öz təşəbbüsləri ilə başlayıblar.

Yürüş iştirakçıları 15-20 yüngül avtomobil və bir böyük avtobusla hərəkət edirlər.

Məhəmməd Aslanovun sözlərinə görə, «Hamimiz Mübarizik» şüarıyla aksiyaya başlayan yürüş iştirakçıları həm də hazırda erməni hərbi birləşmələrində qalan Mübariz İbrahimovun cəsədinin tezliklə geri qaytarılması ilə bağlı tələb də səsləndiriblər.

Azərbaycan ordusunun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən döyüşdə həlak olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.

Azərbaycan prezidentinin sərəncamı ilə ona M.İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Erməni tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG