Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:35
«Kaspi» qəzeti elan edib ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsi keçirir.

Məqsəd Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla daha da kütləviləşdirməkdir.

I. Birinci yer – 1000 manat

II. İkinci yer - 500 manat

III. Üçüncü yer – 300 manat


Eyni zamanda, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub.

Əsərlər yalnız vətənpərvərlik mövzusunda yazılmalıdır. Həcmə görə məhdudiyyət yoxdur.

Müsabiqəyə KİV-lərdə, habelə İnternet saytlarında çap olunmuş hekayələr, şeirlər və publisistik məqalələr qəbul olunur.

Çap olunmuş əsərin sonunda mütləq «Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir» cümləsi yazılmalı və müəllif tərəfindən «Kaspi» qəzeti redaksiyasına təqdim olunmalıdır.

Materiallar poçt vasitəsi ilə də göndərilə bilər.

Yazılar dekabrın 31-nə kimi qəbul olunur. Nəticələr fevralın 7-də Mübariz İbrahimovun ad günündə keçirilən təntənəli tədbirdə açıqlanacaq.

Əsərlər adları yalnız fevralın 7-də açıqlanacaq professional münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Yazıların təqdim edilməsi üçün ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 25-ci bina. Azərbaycan Mətbuat Evi. «Kaspi» qəzetinin redaksiyası
Əlaqə telefonu - 510-61-93

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG