Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:20

ATƏT: «Azərbaycanda toplaşma azadlığı faktiki olaraq məhduddur»


Azərbaycanda parlament seçkilərini ATƏT-in 30 uzunmüddətli, 450 qısamüddətli müşahidəçisi izləyəcək
Azərbaycanda parlament seçkilərini ATƏT-in 30 uzunmüddətli, 450 qısamüddətli müşahidəçisi izləyəcək
ATƏT-in seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası Azərbaycanda seçki öncəsi durumla bağlı hesabat yayıb.

Hesabatda deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycan hələ də seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında çətinliklərlə üzləşir:

«Xüsusilə, Bakının mərkəzində siyasi partiyaların müntəzəm olaraq toplaşmaq müraciətləri rədd edildiyindən, toplaşma azadlığı faktiki olaraq çox məhduddur. Həbslər, böhtan ittihamı ilə jurnalistlərin məhkəməyə verilməsi Azərbaycanda media azadlığını məhdudlaşdırır və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsinə imkan vermir».

ATƏT-in qiymətləndirmə missiyası 2010-cu ilin iyun ayında Seçki Məcəlləsinə edilən düzəlişlərə toxunub. Belə ki, seçki kampaniyasının müddəti 60 gündən 23 günə endirilib:

«Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrasındakı maneələri nəzərə alaraq, «Seçki Məcəlləsi»ndəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır».

Hesabatda bildirilir ki, seçki komissiyalarının tərkibi üçün düstur çox mübahisəli məsələ olaraq qalır:

«Çünki təcrübədə bu, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının qərəzsizliyinə olan etimada xələl gətirir».

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ictimaiyyətin seçki prosesinə etimadını artırmaq üçün Azərbaycan hökumətini hesabatda qeyd olunan məsələləri həll etməyə çağırır.

Azərbaycanda parlament seçkilərini ATƏT-in 30 uzunmüddətli, 450 qısamüddətli müşahidəçisi izləyəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG