Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36
«AKTİV SEÇİCİLƏRİ UZAQLAŞDIRIRLAR»

«63 saylı Sabirabad Birinci Seçki Dairəsindəki fəal seçiciləri pərən-pərən salırlar. Onların səs verdiyi məntəqələri başqa dairəyə birləşdirirlər».

Bu bəyanatla iyulun 28-də Ümid Partiyası iqtisadi siyasət komissiyasının rəhbəri, həmin dairədən namizədliyini irəli sürmək istəyən Razi Abasbəyli çıxış edib.

Yada salaq ki, bu dairədən beş il öncə indi Müsavat deputat qrupunda təmsil olunan Pənah Hüseyn seçilmişdi. Və bu həmin dairədir ki, ordan müxalifət namizədinin qalmaqalla parlamentə düşməsi Sabirabad icra başçısına baha gəlmiş, o seçkilər zamanı qanun pozuntularına yol verildiyindən vəzifəsindən çıxarılmışdı. Düzdür, bu dəfə Pənah Hüseyn həmin ərazidən namizədliyini vermək istəmir.

«DAŞQINDAN SONRA NARAZILIQ ARTIB VƏ…»

Amma belə fikirlər var ki, təbii fəlakətdən sonra bölgədə narazılıq artıb. Və bu da seçkilər zamanı etiraz elektoratının daha da fəallaşmasına səbəb ola bilər. Məntəqələrin başqa dairəyə birləşdirilməsindənsə təkcə siyasilər yox, elə sıravi seçici də narazıdır. Cavad kənd sakini İlqar Qasımov deyir ki, dörd məntəqənin yerləşdiyi kənd rayon mərkəzinə çox yaxındır. Nəyə görə onları ayırmalı və başqa dairələrə
Anar Məmmədli
birlşədirməlidirlər?

«Rayon rəhbərliyinin təşəbbüsü ilə aparılır bu siyasət. Camaat da narazıdır ki, niyə ayırsınlar?...».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli:

«Kür çayının daşmasından sonra icra qurumlarından narahatlıq artıb. Belə olan halda narazı elektoratın fəallığı gözləniləndir. Müəyyən siyasi liderlərin, hətta bölgədəki hər hansı nüfuzlu şəxslərin burdan namizədliyini verməsi gözləniləndir. Bu da var».

Ümid Partiyasının rəsmisi Razi Abasbəyliyə görəsə, seçkilərə az qalmış dairələri bölüşdürmək və ya birləşdirmək qanunsuzdur. Və hətta bu, mürtəce addımdır:

«2005-ci il parlament seçkilərində bu dairədə digər iki dairəylə müqayisədə seçici aktivliyi qeydə alınmışdı. Seçicilər yetərincə aktivdir. Özü də kifayət qədər kompakt bir dairədir. Buna görə də narazı elektorat öz müqavimətini təşkil edə bilir. 63 saylı dairəyə xəbərdarlıq gəlib ki, Cavad, Əlicanlı, Həsənli və Zəngənə kəndlərindəki məntəqələr 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsinə birləşdiriləcək. Bu adlarını sadaladığım kəndlərin sakinləri kifayət qədər aktivdirlər və hər zaman proseslərin önündə gediblər, öz etirazlarını bildiriblər. Görünür, hakimiyyət kompakt narazı elektoratı parçalamaq
Sabirabad rayon sakinlərinin Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiyası, 26 dekabr 2009
yolunu seçib».

«SEÇİCİLƏR SEÇKİYƏ GƏLMƏYƏCƏKLƏR»


Razi Abasbəylinin sözlərinə görə, Ümid Partiyasının rayon təşkilatı dörd məntəqənin ayrılmasına yol verməyəcək. Hətta iyulun 29-dan 7 min seçicinin imzasını toplayıb rəsmi qurumlara müraciət edəcəklər:

«Paralel olaraq piket və ya mitinqlər keçiriləcək. Bu effekt verməzsə, seçkilərin boykot edilməsinə, 7 min seçicinin seçkiyə qatılmamasına nail olacağıq. Bu məntəqələr ayrılsa, burda seçki baş tutmayacaq».

MSK XƏBƏRSİZDİR

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyevin sözlərinə görə, bu haqda konkret qərar yoxdur və bu yöndə müzakirələrdən xəbərsizdir:

«Ümid Partiyası bu məlumatı hardan götürüb?».

DSK DEYİR Kİ…

63 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri Məstalı Nuriyevsə deyir ki, belə bir niyyət var. Məqsəd aktiv seçici elektoratını parçalamaq yox, sadəcə yaranmış problemi həll etməkdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev
Məsələ bundadır ki, bir seçki dairəsində seçicilərin sayı 41 mini ötməməlidir:

«Amma məsələ hələ ki, yekunlaşmayıb. Seçici sayı ilə bağlı müəyyən hədd var. Bizdə seçici sayı 43 minə çatıb. 65 saylı dairədəsə seçicilərin sayı 33 mindir. Ola bilsin ki, bu dörd məntəqə o biri dairəyə verilsin».

HƏDD HƏR YERDƏ GÖZLƏNMİR


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, qanun dairələr arasında dislokasiyalara yol verir. Amma söhbət ondan gedir ki, təkcə 63 saylı Sabirabad Birinci Seçki Dairəsində yox, başqa dairələrdə də seçicilərin sayı artır. Və bu məsələyə yenidən baxıla bilər. Bir şərtlə ki, bu məsələdə şəffaflıq gözlənsin:

«Amma MSK bu məsələdə şəffaflığı gözləmir, qapalı mövqe nümayiş etdirir».

Seçici dairələrindəki ziddiyyətlə bağlı əvvəllər də yazmışıq. Məsələn, MSK-nın cədvəlinə görə, 5 saylı Şahbuz-Babək Seçki Dairəsində seçicilərin sayı cəmi 25 min 552 nəfərdir. 45 saylı Abşeron Seçki Dairəsində isə seçicilərin sayı bundan təxminən iki dəfə çox - yəni 51 min 614 nəfərdir. Əgər qanunla 41 minlik hədd hər yerdə gözlənmirsə, niyə bu 63 saylı Sabirabad Birinci Seçki Dairəsində yada düşür?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG