Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Yeni seçki bloku yaranır


Bloku hələlik iki partiya - Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaratmaq niyyətindədir
Bloku hələlik iki partiya - Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaratmaq niyyətindədir
BİRİ DAĞIDILIR, O BİRİ QURULUR

Parlament seçkiləri ərəfəsində yeni bir blok yarana bilər. Bu bloku isə hələlik iki partiya - Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaratmaq niyyətindədir. Bu haqda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir. Müsavatın Məclis başqanı Sülhəddin Əkbər isə bir qədər də irəli gedərək bu blokun seçkidən sonra strateji birlik kimi qalmasının tərəfdarıdır.

Amma bu bloka gedən yol tərəflər üçün o qədər də asan başa gəlməyib, deyəsən.

AXCP bu qərarı verməklə beş ildir təmsil olunduğu «Azadlıq» blokunun fəaliyyətinə son vermiş oldu. İyulun 13-də Lalə Şövkətin lideri olduğu Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası blokun fəaliyyətinin dayandırıldığını bəyan ediblər.

Qaldı ki, Müsavat Partiyasına, o da əməkdaşlıq etdiyi Demokratiya Uğrunda İttifaqla (DUİ)
Əvəz Temirxan
münasibətlərinə yenidən baxmalıdır.

Amma istənilən halda qərar artıq verilib. İyulun 13-də AXCP və Müsavatın ikinci şəxsləri görüşərək ilkin təkliflərini çatdırıblar. Üstəlik, partiya sədrlərinin görüşü də gözlənilir.

ƏVƏZ TEMİRXAN: «BİZİ SEYT-NOTA SALDILAR»

Amma AXCP-nin həm keçmiş, həm də gələcək müttəfiqlərini narahat edən odur ki, qərar bir qədər gec verilib.

Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan:

«Biz buna normal baxırıq. AXCP gələcək siyasi fəaliyyətini Müsavatla birlikdə görürsə buyursun. Bizdə qısqanclıq yoxdur. Onlara da uğurlar diləyirik. Amma bunu bir az tez etmək lazımıydı ki, bizi seyt-nota salmasınlar…Biz düşünürdük ki, üç partiya seçkilərə birgə gedəcəyik, ADP-nin bu bloka gələcəyi gözlənirdi. Belə danışaq ki, məsələnin etik tərəfi vardı, uman yerdən küsərlər. Beş il bir yol gəlmişdiksə, vaxtında sözlərini deyəydilər ki, işimizi biləydik».

ARİF HACILI: «O ZAMAN DUİ İLƏ BAĞLI DAHA RAHAT QƏRAR VERƏRDİK»


AXCP-nin yeni müttəfiqi - Müsavatda da bu qənaətdədirlər ki, qərar bir qədər yubanıb. Müsavat Partiyası İcra Aparatının rəhbəri
Arif Hacılı
Arif Hacılı:

«Düzdür, xüsusi bir yubanma yoxdur. Amma bu əhval-ruhiyyə səkkiz ay əvvəl nümayiş etdirilsəydi, AXCP Müsavata loyal münasibəti onda göstərsəydi, təbii ki, biz indiyədək müəyyən yol keçmiş olardıq, DUİ ilə bağlı daha rahat qərarlar qəbul edərdik. Təəssüf ki, müəyyən vaxt itirilib. Amma siyasi iradə olarsa, indiki dövrü də gecikmiş saymaq olmaz».

Amma bununla belə, Arif Hacılı bu fikirdədir ki, indiki mərhələdə əməkdaşlıq üçün yetərincə münbit şərait var. Onlar ilkin olaraq birgə aksiyaların keçirilməsi, demokratik şəraitin yaxşılaşdırılması məsələsində əməkdaşlığa başlamağı lazım bilirlər:

«Əsas məsələ aparıcı, real müxalifət partiyalarının bir arada olmasıdır. Və bunun üçün kompromisə getməyə hazır olmalıyıq. Kompromis dedikdə isə ilk növbədə seçki dairələri üzrə razılaşdırma nəzərdə tutulur».

ƏSAS SİYASİ İRADƏDİR

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı razılaşır ki, blokun yaradılması ilə bağlı qərarda yubanıblar. Amma bu da var ki, blokun yaradılma imkanları hələ də qalır. Hətta əmindir ki, qısa müddətdə bu yöndə real nəticələrə nail olmaq mümkün
Fuad Qəhrəmanlı
olacaq.

O ki qaldı, «Azadlıq» blokuna, deyir ki, bu blokun fəaliyyətini zəruri edən şərtlər geridə qalıb. İndi Azərbaycan ictimai fikri Müsavatla AXCP-nin bir araya gəlməsini, real müxalifət partiyalarının bir yerdə olmağını istəyir:

«Bu gün qarşımızda duran ən vacib məsələ bu birliyi gerçəkləşdirməkdir, bu iki partiyanın birgə seçkilərə qatılmasını təmin etməkdir. Bu, təkcə iki partiyanın istəyi deyil, həm də protest elektoratının baxışlarını əks etdirir. Belə birliyin gerçəkləşməsi seçki ərəfəsində müxalifət düşərgəsində konsolidasiya məsələsini, cəmiyyətin siyasi proseslərdə iştirakını aktivləşdirə bilər. Mən hesab edirəm ki, siyasi proses başlayıb və nəticəni gözləmək lazımdır».

Müsavat rəhbərliyi AXCP ilə müttəfiqliyə həmişə hazır olduğunu bildirmişdi. Amma bir şərtlə – Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası bu blokda olmasın. İndi də AXCP bənzər şərt sürür ki, Müsavat danışıqlara təkbaşına gəlsin, Demokratiya Uğrunda İnkişaf koalisiyadan kənarda qalsın.
Rauf Mirqədirov
Fuad Qəhrəmanlıya görə, siyasi cırtdanlar bəzən hakimiyyət tərəfindən idarə olduğundan ciddi problemlər yaradırlar. Ona görə də real qüvvələrin birliyindən söhbət gedirsə, yan qurumlara ehtiyac yoxdur.

EKSPERT: «HEÇƏ LƏNƏT»

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə bu hadisəni pozitiv dəyərləndirir. Bunu elektorata müsbət mesaj sayır. Amma düşünür ki, bu prosesi daha ağrısız reallaşdırmaq olardı. Xüsusən də «Azadlıq» bloku üçün. O xatırladır ki, beş il öncə Lalə Şövkət bu bloka gələndə deputat mandatından imtina etmişdi. Ekspertə görə, rəqibləri bu situasiyadan yararlana bilərlər. O ki qaldı, yeni blokadan gözləntilərə, Rauf Mirqədirov deyir ki, beş il öncə seçki ərəfəsində Müsavat, AXCP və Demokrat partiyalarının yaratdığı blok da ölkədə effekt yaratmadı, indisə vəziyyət daha pisdir:

«Bu indiki şəraitdə kafi deyil. Düzdür, heçə lənət. Olmayan yerdə AXCP, Müsavat nisbətən siyasi fəaliyyət görüntüsü yaradan partiyalardır. Onların birləşməsi də pozitivdir. Amma düşünmürəm ki, elektoratın ovqatını köklü şəkildə dəyişdirə biləcək situasiyadır».

İndi bəzi müşahidəçiləri belə bir sual düşündürür: Görəsən Müsavat və AXCP seçkilərdən sonra parlamentə gedib-getməmək üstündə yenidən ayrılmayacaqlar ki?
XS
SM
MD
LG