Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00
Ötən şənbə yenə müxalifət mitinq keçirdi. Özü də birini yox, ikisini. Yenə də Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış. Yenə də şəhər mərkəzində tuthatut, qovhaqov… Köhnə, tanış mənzərə.

İşdi şəhər icra hakimiyyəti mitinq üçün mərkəzdə yer ayırmasa, bu mənzərə parlament seçkilərinə kimi bu şəkildə davam edəcək. Hərçənd ATƏT-in Bakı ofisindən gələn xəbərlər vəziyyətin dəyişə biləcəyinə, yəni paytaxtda razılaşdırılmış kütləvi aksiyaların keçirilməsinə «yaşıl işıq» yandırılacağına ümidlər yaradır. Qurumdan aldığımız məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə bu istiqamətdə danışıqlar gedir. Yəni seçki öncəsi şəhərin mərkəzində kütləvi aksiyalar üçün yerlərin ayrılması yönündə tərəflər müzakirələr aparır. Artıq işçi qrup da yaradılıb.

SON QƏRARI YENƏ DƏ HÖKUMƏT VERƏCƏK

«Yaxın vaxtlarda yeni yerlərin adları açıqlana bilərmi?» sualımıza ATƏT-in Bakı ofisindən qəti cavab verilmədi. Yalnız bunu dedilər ki, son qərarı yenə də hökumət verəcək.

Bakı Şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı yeni məlumat ala bilmədik. Qurumun siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyir ki, bu haqda
Rauf Mirqədirov
məlumatsızdır.

«Ayna-Zerkalo» qəzetlərinin siyasi icmalçısı Rauf Mirqədirov bu fikirdədir ki, beynəlxalq qurumlar məsələni düzgün qoymurlar. Və bu kökündən yanlış yanaşmadır:

ATƏT-İN MƏSƏLƏYƏ YANAŞMASI DÜZGÜN DEYİL

«Beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in məsələyə yanaşması düzgün deyil. Azad toplaşmaqla bağlı qanun var, bütün məsələlər də o qanunda öz əksini tapıb. Və bu gün də söhbət yerlərin ayrılmasından yox, həmin qanuna riayət edilməsindən getməlidir. Əslində, bu cür yarımçıq güzəştlər ölkədəki vəziyyətə mənfi təsir edir».

Rauf Mirqədirov ona da diqqət çəkir ki, sərbəst toplaşmaq azadlığı sadəcə, seçki dövründə təmin olunmamalıdır. Bu hüquqdur və hər zaman vətəndaşların və ya müxtəlif qurumlarını bundan yararlanmaq imkanı olmalıdır:

«Hə, ola bilər ki, seçki öncəsi mərkəzdə olmasa da, şəhərə yaxın yerdə aksiyalara yer ayrıldı? Bəs sonra nə olacaq? Siyasi maraqlar və ya hakimiyyətdəki ab-hava dəyişəndən sonra yenə də əvvəlki kimi şəhər kənarına göndərəcəklər».

Zahid Oruc
Yeri düşmüşkən, son zamanlar hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri də açıqlamalarında seçkiqabağı xüsusi yerlərin ayrılacağına eyham vurublar. Onlardan biri də Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovdur. O mətbuata deyib ki, bu seçkidə də aksiyaların keçirilməsi üçün yerlər ayrılacaq və onların siyahısı mətbuatda dərc olunacaq.

SƏRBƏST TOPLAŞMAQ AZADLIĞININ VURUŞMAQ AZADLIĞI KİMİ TƏZAHÜR ETMƏSİNİ XATIRLAMAQ İSTƏMİRƏM

İqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc deyir ki, bu məsələ son zamanlar tez-tez gündəmə gəlir və buna görə də məsələnin birdəfəlik həlli yönündə daha ciddi işlər görülməlidir. O hətta mitinq üçün yerlər də təklif edir. Məsələn, Bakıdakı «Respublika» stadionunu:

«Mən keçmişdə sərbəst toplaşmaq azadlığının vuruşmaq azadlığı kimi təzahür etməsini xatırlamaq istəmirəm. Nə yazıq ki, keçmişdə belə təcrübə olub…».

O ki qaldı, ATƏT-lə aparılan danışıqlara, Zahid Oruc deyir:

«Düşünürəm ki, sərbəst toplaşmaq azadlığı təkcə seçki dövründə yox, sonra da qanunun tələbinə uyğun təmin olunmalıdır. Əminəm ki, yaxın gələcəkdə dediyimiz yerlərdə sanksiyalaşdırılmış aksiyalar keçirilə biləcək».

Adının çəkilməsini istəməyən mənbədən aldığımız məlumata görə, hakimiyyət yaxınlarda şəhər mərkəzində aksiyaların keçirilməsinə icazə verməyə hazırdır və artıq yerlər də müəyyənləşdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG