Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Braziliya-Şimali Koreya - birinci turun ən çox gözlənilən oyunu


Bütün dünyanı iki yerə bölmək olar: Braziliyaya azarkeşlik edənlər və etməyənlər. Birincisinə öz ölkələrinin güclü milli futbol komandası olmayanlar və ya sadəcə gözəl futbolu sevənlər aiddir. Dünya üzrə götürsən Braziliya tərəfdarları böyük çoxluq təşkil edir.

Ona görə də Braziliya – Şimali Koreya oyunu dünya çempionatının birinci turunda ən səbirsizliklə gözlənilən oyun da sayıla bilərdi – hamı nəsil dəyişiməsi keçirən Brazilyanın hansı formada olduğunu görmək istəyirdi.

Digər tərəfdən Brazilyanın rəqibi də az maraq doğurmurdu. Bu qapalı ölkədən ümumiyyətlə kimisə görmək özü maraqlıdır, o ki qalsın bütöv bir futbol komandası.

FİFAnın milli komandaları gücünə görə sıralayan ranq cədvəlində Braziliya birinci yeri tutur. Həmin cədvəldə Şimali Koreyanın sırası 105-cidir. (Müqayisə üçün, Azərbaycan 109-cu yerdədir)

Komandaların heç biri gözləntiləri aldatmadı.

Oyundan sonra belə bir suala cavab vermək çox çətin idi. Brazilya zəif oynadı, yoxsa Şimali Koreya güclü?

Həmin axşam Şimali Koreyanın müdafiə xəttinə istənilən komanda, hətta Brazilyalıların özü belə həsəd apara bilərdi. Onlarin müdafiəçiləri bütün oyun ərzində cəmi bir dəfə səhvə yol verdilər. Elano ikinci topu Şimali Koreyanın qapısından keçirəndə. Brzilyalı oyunçu sürətlə müdafiə xəttinin arxasına keçib cərimə meydançasına daxil oldu. Ora ötürülən topu saxlamadan və rahatca üstünə çıxan qapıçının yanından qapının sol küncünə diyirlətdi.

Brazilyanın birinci topu tamam fərqli olsa da, əslində Elanonun qoluna bənzəyən cəhətləri də var idi. Müdafiəçilərin arxasına diaqonal üzrə edilən uzun ötürmə və topun saxlanılmadan qapıya vurulması. Amma qolu vuran Maicon elə bir nöqtədə idi ki, belə vəziyyətdə adətən topu bir qədər geriyə komanda yoldaşına ötürürlər. Hər halda elə bir bucaq altından topu qapıya vurmaq heç kimin ağlına gəlməzdi. Şimali Koreyanın qapıçısı da, görünür eynilə belə düşünürdu, çünki zərbəni qabaqlayaraq özünü irəli atmışdı.

Amma Maiconun fikri tamam başqa idi. Əsl Brazilyalı kimi o həmin anda ondan ən az gözlənilən gedişi etdi. Topu güclü zərbə ilə qapıya fırlatdı və hesabı açdı.

İkinci topdan sonra Brazilyalılar nisbətən sakitləşdilər. Bundan istifadə edən Şimali Koreya ancaq müdafiədə deyil, hücumda da oynamağı bacardığını nümayiş etdirdi. Jİ Yu-Nam kəllə ilə geri ona ötürülən topu qəbul edib güllə surətilə iki müdafiəçinin arasında keçdi. Qapıçı ilə təkbətək çıxaraq güclü və dəqiq zərbə ilə ona heç bir şans vermədi. 2-1.

Çempionat başlayandan mən belə bir hesabat aparıram (Yeri gəlmişkən, siz misallar göndərməklə bu işə qoşula bilərsiz) və çalışıram Adidasın hazırladığı “Dəli top” ətrafında gedən söz-söhbətlərin nə dərəcədə əsaslı olduğunu müəyyən edim. Artıq bir neçə epizod var ki, onun səbəbini məhz “topun davranışının” ayağına yazmaq olardı (əlbəttə, yazmamaq da olar. Amma təsadüflərin sayı çoxaldıqca arqumentlərin kəsəri də dəyişə bilər). Məsələn İngiltərə qapıçısı Greenin və Danimarkanın müdafiəçisi Paulsenin topu öz qapılarına vurmağı. Brazilya fanatları da məni bağışlasın, ola bilər səhv edirəm, mənə elə gəldi ki, Maicon topu qapıya vurmaq istəmirdi, onu ötürürdü – sadəcə “top dəlilik elədi”.

Necə bilirsiz?

BRAZİLİYA-ŞİMALİ KOREYA FOTOSESSİYASINA BURADA BAX

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG