Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Pele və Maradona dueli


Maradona Argentinanın baş məşqçisi olmağa pula görə razılaşıb?
Maradona Argentinanın baş məşqçisi olmağa pula görə razılaşıb?
Dünyanın iki ən böyük futbol əfsanələri olan Pele və Maradona güclərini söz meydanında sınayırlar.

Hər şey ondan başladı ki, Maradona futbol çempionatının Cənubi Afrikada keçirilməsinə qarşı çıxanları tənqid edərək belə bir tikanlı ifadə işlətdi.

«Qaradərili bir cənab» Cənubi Afrikalıların çempionatı təşkil etmək imkanlarına şübhə toxumu səpirdi...

Jurnaslitlər əmin idilər ki, «Qara dərili cənab» deyəndə Maradona məhz Peleni nəzərdə tutur. Ona görə Pelenin reaksiyasını soruşublar.

«Futbol kralı» da öz növbəsində Maradona haqqında tikanlı sözlər deyib:

- Maradona Argentinanın məşqçisi vəzifəsinə pula görə gəldi. Argentina millisi dünya çempionatının seçmə oyunlarında çətin vəziyyətə düşmüşdü, ona görə də Maradonanın səhvi deyil bu, onu işə götürən Argentina Futbol federasiyasının səhvidir.

Öz məntiqini izah edən Pele deyib ki, Braziliyanın məşqçisi olmaq fikri onun ağlına belə gəlməyib və hazırda Brazilyaya məşqçilik edən keçmiş futbolçu Dunqanın yerində olmaq istəməzdi.

Maradonanin təqnidinə təəccübləndiyini bildirən Pele vaxtilə Maradonaya kömək etdiyini xatırlayıb:

- O (Maradona) Argentinada özünün ilk TV proqramını başlayanda və çətinlikliklərlə üzləşəndə mən Buenos-Ayresə getdim. Onunla birlikdə top vurub kömək etdim ona.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG