Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:06

Mülki geyimlilər «Fatimeyi-Zəhra»nın məhkəməsində...


Mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyənləri avtobusa doldurub hadisə yerindən uzaqlaşdırıblar

Mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyənləri avtobusa doldurub hadisə yerindən uzaqlaşdırıblar

Ali Məhkəmə «Fatimeyi Zəhra» məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı təxirə salıb. Növbəti məhkəmə may ayının 7-nə təyin olunub.

***

Mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyən 50-yə yaxın adamı iki avtobusa doldurub hadisə yerindən uzaqlaşdırıblar. Hazırda Ali Məhkəmənin qabağında əsasən mülki geyimlilər gözə dəyir. Onlar məhkəməyə yaxınlaşmaq istəyənləri ordan uzaqlaşdırırlar. Nisbətən uzaqda isə onlarla dindar məhkəmənin qərarını gözləyir.

BÜTÜN FOTOLARA BURADA BAX

Aprelin 28-də Ali Məhkəmə Fatimeyi-Zəhra məscidinin dini icmasının kassasiya şikayətinə baxır.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, mülki geyimlilər Ali Məhkəmənin qabağına dindarların toplaşmasına imkan vermirlər. Müxbirimizə məhkəmənin qərarını eşitməyə gəldiklərini deyən 4-5 nəfəri mülki geyimlilər taksiyə və polis maşınına oturdurub ordan uzaqlaşdırıblar. Zorakılıq olmayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Ali Məhkəmənin qabağında hazırda 10-a yaxın polis əməkdaşı, onlarla mülki geyimli gözə dəyir.

Aprelin 14-də Ali Məhkəmə «Fatimeyi Zəhra» məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı texniki səbəblərdən təxirə salmışdı.

Məscidin dini icması ümid edir ki, məhkəmə məscidin sökülməsi ilə bağlı apelyasiya məhkəməsinin qərarını ləğv edəcək.

Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

Dini icmanın sədri Mirtofiq Rəsizadə dindarlara müraciət edib ki, məhkəmənin qərarından asılı olmayaraq təxribata uymasınlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG