Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 03:02

Polis qadağan etsə də, «Fatimeyi Zəhra» məscidində dini mərasim keçirilib


Fatimeyi-Zəhra məscidinin sökülməsinə etiraz edən islam fəallarının aksiyası, Bakı – 11 dekabr 2009
Fatimeyi-Zəhra məscidinin sökülməsinə etiraz edən islam fəallarının aksiyası, Bakı – 11 dekabr 2009
Polisin qadağasına baxmayaraq, 250-ə yaxın insan zor gücü ilə dini mərasim keçirmək üçün «Fatimeyi Zəhra» məscidinin ərazisinə daxil olub. Məlumatı ANS PRESS yayıb. Məlumatda deyilir ki, bu gün saat 8:30-dan etibarən Yeni Günəşli qəsəbəsi «v» massivi, 33 ünvanında yerləşən «Fatimeyi Zəhra» məscidi ərazisinə daxil olmaq istəyən şəxslərə polis nəzarət etməyə başlayıb. Polislər məscid ərazisinə heç kimi buraxmamaq barədə təlimat alıblar.

Məscid ərazisinə daxilolmanın qarşısını almaq üçün əraziyə 30-35 polis əməkdaşı cəlb edilib. Saat 9.00-a qədər məscidə daxil olmaq istəyənlər polis maşınları ilə ərazidən çıxarılıblar.

Saat 10.00 radələrində isə təqribən 250-ə yaxın insan zor gücü ilə məscid ərazisinə daxil olub. Məscidə olan axının qarşısını almaq üçün polis məscid istiqamətindəki 4 əsas yolu bağlayıb. Məscid ərazisində dini mərasim keçirməyə başlayıblar.

2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi «v» massivi 33 ünvanında yerləşən «Fatimeyi Zəhra» məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib. Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG