Keçid linkləri

2024, 02 İyun, bazar, Bakı vaxtı 04:49

Polislə dindarlar arasında qarşıdurma olub


«Fatimeyi-Zəhra» məscidi
«Fatimeyi-Zəhra» məscidi
Bakı Apellyasiya Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin bağlanması barədə aşağı instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb. Bu haqda qərar noyabrın 25-də çıxarılıb.

Proses saat 6-da bitdikdən sonra bir qrup dindar Bakı Apellyasiya Məhkəməsinin qarşısında «Allahu əkbər!» şüarları səsləndirərək Hüseyn Cavid prospektinə qədər yürüş ediblər.

Politexnik İnstitutunun qarşısında polislə dindarlar arasında qarşıdurma olub.

Aksiya dağıdılıb, bir neçə dindar isə polis tərəfindən saxlanılıb.

Bu ilin sentyabrında Bakının «Yeni Günəşli» qəsəbəsində yerləşən «Fatimeyi-Zəhra» məscidinin bağlanması ilə bağlı məhkəmə qərar çıxarıb.

«Fatimeyi-Zəhra» dini icması qərardan apellyasiya şikayəti vermişdi.
XS
SM
MD
LG