Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40
«Diffamasiya haqqında» qanunun qəbul edilməsi üçün cəmiyyət ciddi hazırlıq mərhələsi keçməlidir. Cəmiyyətdə insanların məsuliyyəti artırılmalı, əlində qələm olan, ictimai həyatın davranış normalarına təsir imkanı olan insanların vətəndaş hüquqlarına hörmətlə yanaşması prinsipləri formalaşdırılmalıdır».

Bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir. O hesab edir ki, Azərbaycan dövləti «Diffamasiya haqqında qanun»u qəbul etməyə hazırdır. Lakin Azərbaycan cəmiyyəti hələ buna hazırlıq mərhələsini başa vurmayıb.

CƏMİYYƏT BUNA HAZIRDIRMI?

Cənab Həsənovun bu fikrinə münasibət birmənalı deyil. Bununla razılaşanlar da var, razılaşmayanlar da.

İqtidaryönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyir ki, həqiqətən də bu gün Azərbaycanın cəmiyyəti və mediası bu qanunun qəbuluna hazır deyil.

Bəhruz Quliyev onu da ki, o bir jurnalist kimi əslində medianın və cəmiyyətin tərəfində dayanmalıdır. Ancaq əfsuslar olsun ki, diffamasiya haqqında qanunun qəbul edilməsinə Azərbaycanda yalnız Mətbuat Şurasının və rəsmi strukturların hazır olması yetərli deyil. İlk növbədə mətbuat və cəmiyyət buna hazır olmalıdır.

CƏMİYYƏTDƏ MƏSULİYYƏTLİ DAVRANIŞ

Əli Həsənov bu barədə danışarkən onu da deyib ki, dövlət strukturları dəfələrlə bəyan edib ki, diffamasiya haqqında qanununu qəbul etməyə hazırdırlar. Ancaq onun fikrincə, ümumiyyətlə, cəmiyyətdə məsuliyyətli davranış, nizam-intizam formalaşdırıldıqdan sonra qəbul olunmalıdır.

«Həm jurnalistlər, həm də informasiya mənbəyinə malik olan dövlət qurumları, bütövlükdə insanlar diffamasiya qayda-qanunlarına alışmalıdır».

Azər Əhmədov
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə bildirir ki, cənab Əli Həsənov müxtəlif vaxtlarda diffamasiya haqqında qanunun qəbul olunmamasını müxtəlif səbəblərlə izah edib. Sonuncu dəfə o 2009-cu ildə Avropa Şurasının nümayəndələrinə artıq qanun layihəsinin tezliklə müzakirəyə çıxarılacağını bildirmişdi. İndi isə deyir ki, cəmiyyət və media buna hazır deyil.

MƏSƏLƏNİN KÖKÜ NƏDƏDİR?

Azər Əhmədov hesab edir ki, indiyədək Azərbaycanda diffamasiya haqqında qanunun qəbul olunmamasının əsas səbəbi mövcud iqtidarın azad sözü, fərqli düşüncəni sadəcə nifrət etməsidir. Məsələnin kökü bundadır.

Beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda jurnalistlərin həbsinin dəfələrlə pisləyən bəyanatlar veriblər və Cinayət Məcəlləsindən diffamasiya ilə bağlı maddənin götürülməsini istəyiblər.

Şərhləri göstər

XS
SM
MD
LG