Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

Novruzəli Məmmədova təyin olunmuş müalicələr ekspertiza olunacaq


«Tolişi Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədov
«Tolişi Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədov
Nəsimi rayon Məhkəməsində Məryəm Məmmədova və Emil Məmmədovun «Tolişi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edir.

Mərhumun ailəsinin vəkili Ramiz Məmmədov məhkəmədə vəsatət qaldırıb ki, Novruzəli Məmmədova cəzaçəkmə müəssisəsində təyin olunmuş müalicələrin onun ağır durumuna adekvat olub-olmadığı yoxlanılsın. Hakim İkram Şirinov vəsatəti təmin edib və məhkəmə ekspertizası təyin olunub.

«Tolışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu il avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən onun baş-beyin işemik ifarktından öldüyü bildirilib.

Mərhumun ailəsi Novruzəli Məmmədovun saxlandığı cəzaçəkmə müəssisəsində ona lazımi tibbi xidmət göstərilmədiyini, düzgün diaqnoz qoyulmadığını və müalicəsinin düzgün aparılmadığını, ölümün də bu səbəbdən baş verdiyini iddia edir. Ailə Penitensiar Xidmətin Baş İdarəsindən 3 milyon manat kompensasiya tələb edir.
XS
SM
MD
LG