Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:48

Novruzəli Məmmədovun işi ekspertizaya göndərilir


Novruzəli Məmmədov 17 avqust 2009-cu ildə cəzaçəkmə müəssisəsinin xəstəxanasında xəstəlikdən vəfat edib
Novruzəli Məmmədov 17 avqust 2009-cu ildə cəzaçəkmə müəssisəsinin xəstəxanasında xəstəlikdən vəfat edib
«Vəsatətimiz mərhum Novruzəli Məmmədov barəsində təyin olunmuş müalicə tədbirlərinin onun real vəziyyətinə, ağır durumuna uyğun olub-olmadığı ilə bağlı ekspertiza təyin edilməsi barədə idi. Bu vəsatətimizi Nəsimi Rayon Məhkəməsi noyabrın 24-də təmin edib».

Bu barədə AzadlıqRadiosuna Talış Mədəniyyət Mərkəzinin rəhbəri, mərhum Novurzəli Məmmədovun ailəsinin vəkili Ramiz Məmmədov məlumat verib.

Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova Maliyyə, Ədliyyə nazirliklərinə, Penitensiar Xidmətə və 15 saylı cəzaçəkmə müəssisəsinə qarşı iddia qaldırıb.

Məryəm Məmmədova həyat yoldaşının yaşamaq hüququnun pozulmasının tanınmasını və dəymiş zərərin (3 milyon manat) ödənilməsi tələb edir.

Hakim vəkilin ekspertiza təyin edilməsi ilə bağlı vəsatətini təmin etdikdən sonra proses təxirə salınıb.

Talış Mədəniyyət Mərkəzinin direktoru və «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2008-ci ildə İranın xeyrinə casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin o, siyasi məhbus kimi tanınıb və beynəlxalq ictimaiyyət vəziyyətinin ağır olduğuna və həbsi üçün dəlil olmadığına görə onun azad edilməsini tələb edib. Amma hakimiyyət bu çağırışlara məhəl qoymayıb və Məmmədov 17 avqust 2009-cu ildə cəzaçəkmə müəssisəsinin xəstəxanasında xəstəlikdən vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG