Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:13

Novruzəli Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama


Novruzəli Məmmədov bu il avqustun 17-də həbsxanada vəfat edib
Novruzəli Məmmədovun ölümünə damarların trombozu nəticəsində beyin qan dövranının kəskin pozulması səbəb olub.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin avqustun 25-də yaydığı açıqlamada bildirilir.

Mərhumun vəkili Ramiz Məmmədov isə baş redaktorun yaşamaq hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, ölüm faktı ilə bağlı yerli məhkəmələrə müraciət etmək fikrindədir. Bu barədə o, «Turan»a bildirib.

Vəkil həmçinin deyib ki, N.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələri üzrə işi artıq Avropa Məhkəməsindədir.

2008-ci ildə İranın xeyrinə casusluqda ittiham edilərək, 10 il həbs cəzası almış N.Məmmədov bu il avqustun 17-də həbsxanada vəfat edib.

«Talışı sədo» qəzetinin baş redaktoru 68 yaşlı Novruzəli Məmmədov Talış Mədəniyyət Mərkəzinin rəhbəri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG