Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:32

Müsavat Ümidlə yollarını ayırdı


Müsavat Ümidlə əməkdaşlığı mümkünsüz sayır. Müsavat Partiyasının oktyabrın 16-da yaydığı bəyanatda belə deyilir. Bildirilir ki, xoşməramlı təklifi müxtəlif qeyri-ciddi, əks təkliflər və bəhanələrlə qəbul etmədiyi, həmçinin son dövrlər Ümid Partiyasının hakimiyyət dairələri ilə iş birliyinə dair məlumatların daha da artdığını nəzərə alaraq bu partiya ilə əməkdaşlığı mümkünsüz sayır.

Bəyanatın sonunda qeyd edilir ki, «Müsavat Partiyası Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan digər təşkilatlarla (AXCP, ALP, ADP, VİP) əməkdaşlıq münasibətlərinin davam etdirilməyə, siyasi və ya seçki blokları yaradılması üçün müzakirələr aparmağa hazır olduğunu bir daha bəyan edir».

«BU, AZƏRBAYCAN HAKİMİYYƏTİNİN SİFARİŞİ İDİ»


İqbal Ağazadə
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə hesab edir ki, 2006-cı ildən sonra müxalifətin yeni formalaşmış hərəkatını hakmiyyətin dağıtması planını Müsavat Partiyası gerçəkləşdirdi:

«Bu, Azərbaycan hakimiyyətinin sifarişi idi. 2010-cu ilin parlament seçkilərinə hazırlıq mərhələsində Qarabağ və Respublika Uğrunda Hərəkat dağıdılmalı idi. Dağıdan tərəflər isə parlamentdə mandat sayına malik olmalıdır. Hakimiyyət Azərbaycan müxalifətinin parçalanmasında Müsavatla danışıqlara gedərək buna nail oldu. Bu, təəssüf doğuran haldır. Amma Azərbaycan müxalifəti üçün faciə deyil».

İqbal Ağazadəyə görə, 3 il bundan əvvəl ADP, AXCP və digər partiyalarla əməkdaşlıqdan imtina edən Müsavatın indi bəyanatında onlarla iş birliyindən danışması məntiqsiz görünür:

«Son 10 ildə Azərbaycanda mövcud olan bütün müxalifət birliklərinin hamısını Müsavat Partiyası dağıdıb. Əvvəl «Demkonqres»i, sonra «Azadlıq» blokunu, bu gün də Qarabağ və Respublika Uğrunda Hərəkatı Müsavat Partiyası dağıdır. Nə qədər dağıdıcılıqla məşğul olmaq olar. İttihamlara gəlincə isə, mən iddia edirəm ki, Müsavat Azərbaycan həkimiyyətinin planlarını yerinə yetirir. Azərbaycan müxalifəti pis-yaxşı bir ortaq model tapmışdı. Heç kim də digəri ilə şərtlə danışmırdı. Müsavat bunu etdi».

«BU, REAL MÜXALİFƏTİN FƏALİYYƏTİNƏ MÜSBƏT TƏSİR GÖSTƏRƏCƏK»

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə hesab edir ki, bəlkə də bu addımdan Qarabağ və Respublika Uğrunda Hərəkatın fəaliyyətinə hansısa xələl gələ bilər. Ancaq ümumi demokratik dəyərlərə, real müxalifətin mənafelərinə və Azərbaycanda demokratiya uğrunda gedən mübarizəyə bu addım yalnız müsbət təsir göstərə bilər:

Arif Hacılı
«Çünki real olmayan, faktiki olaraq hakimiyyətlə iş birliyi şəraitində fəaliyyət göstərən birliklərlə əməkdaşlıq əslində ölkədə real demokratik müxalifətin birgə faliyyətinə və uğur qazanmasına həmişə mane olub. Ona görə də Müsavat Partiyasının bu mövqeyi real müxalifətin fəaliyyətinə müsbət təsir göstərəcək».

Müsavat Partiyası təklif etmişdi ki, Ümid Partiyası seçki komissiyalarından nümayəndələrini geri çağırsın. Müsavat hesab edir ki, Ümidin seçki komissiyyalarında olan nümayəndələri bir çox hallarda hakimiyyətlə iş birliyinə gedirlər.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu təklifə özünün və Müsavat deputat qrupunun parlamenti tərk etməsi fikrini əlavə etmişdi. İqbal Ağazadənin sözlərinə görə, Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrinin fəaliyyəti ölkədə keçirilən referendumun protokollarında öz əksini tapıb. Onlar protokolları imzalamayıblar və MSK-da bunu təsdiqləyə bilər. Bununla da bələdiyyə seçkiləri öncəsi Qarabağ və Respublika Uğrunda Hərəkatda fikir ayrılığı yaranmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG