Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

Müxalifət bu il də Elçibəyi ayrı-ayrı ziyarət etdi


Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib

Avqustun 22-də bir neçə müxalifət partiyası mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 9 ildönümü münasibətilə onun qəbrini ziyarət ediblər.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı:

«Yığcam bir mitinq keçirildi, Müsavat Partiyasının başqanı İsa Qəmbər, gənclər çıxış etdilər, Elçibəy və Məhəmməd Əmin Rəsulzadə yolunun bundan sonra da davam etdiriləcəyini dedilər».

Bu tədbirdə Elçibəyin qohumları, Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri və sədri Mirmahmud Mirəlioğlu da iştirak edib.

Arif Hacılı deyir ki, bu, planlaşdırılmış birgə ziyarət deyildi, Müsavat Partiyası gələndə Klassik Xalq Cəbhəsi Partiyasının üzvlərini məzarın önündə görüb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası da Əbülfəz Elçibəyin qəbrinin önündə ayrıca anım tədbiri keçirib, fatihə verib, məzara əklil düzüb.

Bu partiya liderləri Əbülfəz Elçibəyin vaxtında bir komandada olublar.

Əbülfəz Elçibəy 80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub.

O, 1992-ci ildə Azərbaycanın prezidenti seçilib, 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG