Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Sarkisyan «Wall Street Journal»a nələri dedi


Serj Sarkisyan
Serj Sarkisyan
«Wall Street Journal» (WSJ) Ermənistan prezidenti Serj Sarkisyandan soruşub ki, Türkiyənin Baş naziri Ərdoğanın bəyanatına cavabı nə olardı? Çünki Ərdoğan deyir ki, Qarabağ problemi həll olunmayınca, sərhədlər açılmayacaq?

Sarkisyan deyib ki, Ərdoğanın bəyanatı Türkiyə ilə Ermənistanın razılaşmaları çərçivəsində olmayıb. Çünki danışıqlar şərt qoyulmadan gedib. Sarkisyan hesab eləyir ki, şərt qoymaq qətiyyən məqbul deyil.

O deyir ki, top indi Türkiyənin meydançasındadır, Ermənistan Türkiyədən cavab gözləyir.

WSJ: Bu, o deməkdirmi ki, siz Türkiyəyə yalnız o vaxt gedəcəksiniz ki, sərhədlər açılmış olsun?

Sarkisyan: Siz məni tamamilə düz anladınız.

WSJ: Bəs əgər sərhəddin açılmasının əlaməti olmasa?

Sarkisyan: Mən Gülü Yerevana dəvət eləyəndə Türkiyəyə cavab səfərini sadəcə turist və ya futbol azarkeşi kimi eləməyi düşünmürdüm.

WSJ: Sizin üçün hansı daha vacibdir - Amerikanın soyqırımını tanıması yoxsa Türkiyə ilə sərhədlərin açılması?


Sarkisyan: ABŞ özü nə vaxt lazım bilsə, soyqırımını tanıyacaq. Biz kimisə milli maraqla mənəvi mövqe dilemmasına itələmirik.

WSJ: Ermənistan hökuməti üçün hansı daha yaxşıdır - Barak Obamanın soyqırımını tanıması yoxsa tezliklə Türkiyə ilə sərhədlərin açılması?


Sarkisyan: Biz istəmirik ki, soyqırımı məsələsi Türkiyə ilə münasibətlərə əngəl olsun.

WSJ: Ərdoğanın sərhəd açılmasına şərt qoyması belə görünür, Azərbaycanın narazılığından irəli gəlir. Azərbaycan deyir ki, sərhəd açılsa, Qarabağ probleminin həllində kompromisə getməyə daha Ermənistana təzyiq olmayacaq.

Sarkisyan: Mən əminəm ki, danışıqlara başlayanda Türkiyə də Azərbaycanın reaksiyasını hesablayırdı. Mən inanmıram ki, Türkiyədə kimsə Azərbaycanda kiminsə bunu alqışlayacağını düşünürdü. Mən Türkiyənin geri çəkilməsinə Azərbaycanın səbəb olmasını başa düşə bilmirəm. Bu danışıqlardan Azərbaycanın narahatlığı da şişirdilib. Sərhədlərin açılmağı ilə Ermənistanın Qarabağ probleminin həllinə yanaşması dəyişmir. Türkiyə ilə münasibətlərin yoxluğuna baxmayaraq və ya Ermənistanda iqtisadi vəziyyət nə qədər çətin olursa-olsun və yaxud hər hansı bir səbəbdən və ya nəyə görəsə, elə bir Ermənistan lideri tapmazsız ki, Dağlıq Qarabağın Azərbaycana verilməsinə kağızda imza atsın, ya da bunu ağlına gətirsin. Qarabağ probleminin kökündə duran əsas məsələ Dağlıq Qarabağ əhalisinin öz taleyini özünün müəyyən etməsi haqqıdır.

WSJ: Bu, o deməkdirmi ki, çeçenlərin də öz müqəddəratlarını özlərinin müəyyən etməsi haqqı var?

Sarkisyan: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb. O, Sovet dövründə Kommunist Partiyasının qərarı ilə Azərbaycanla birləşdirilib. Öz müqəddəratını müəyyən etmək haqqı çeçenlərdə də var. Bu yaxınlarda çeçenlər bu haqdan istifadə eləyib, referendum keçirdilər.

(WSJ burda Sarkisyanın sözlərinə əlavə eləyir ki, çeçenlər Rusiya daxilində yeni konstitusiya üzrə referendum keçirdilər, bir sıra müşahidəçilər referendumun saxtalaşdırıldığını deyirlər.)

WSJ: May ayında Praqada Avropa Birliyinin Yaxın Şərq Əməkdaşlığı proqramı üzrə danışıqlara Siz də gəlməlisiniz, İlham Əliyev də. Bununla bağlı, Dağlıq Qarabağ danışıqlarında real tərəqqiyə başlamaq olarmı?

Sarkisyan: Niyə də olmasın? Biz hazırda Minsk Qrupunun prinsipləri üzrə işləyirik, bunlara ərazi bütövlüyü və öz müqəddəratını özünün müəyyən etməsi haqqı da daxildir. Əgər İlham Əliyev bu prinsiplər əsasında danışıqları davam etdirməyə hazırdırsa, biz hazırıq.

WSJ: Azərbaycan neftdən çoxlu pul qazanıb, müdafiəyə və hərbi texnikaya çoxlu pul xərcləyir. Bu, sizi narahat edirmi?


Sarkisyan: Əlbəttə, narahat edir. Ancaq Ermənistan ordusuna kifayət qədər və ciddi vəsait qoyuruq.


“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG