Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Metyu Brayza: «Danışıqlar yeni fazaya daxil olur»


Brayza: «Türkiyə liderləri Ermənistan ilə tamamilə yeni tarixi və müsbət əlaqələr mərhələsinə qədəm qoymağa çalışırlar»

Brayza: «Türkiyə liderləri Ermənistan ilə tamamilə yeni tarixi və müsbət əlaqələr mərhələsinə qədəm qoymağa çalışırlar»

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza «Azadlıq» radiosuna müsahibəsində deyib ki, danışıqlar yeni fazaya daxil olur:

«Azərbaycan və Ermənistan prezidentlərinə biri-birilərini tanımaq və bir-birilərinin mövqelərini öyrənmək üçün bir il vaxt lazım oldu. İndi isə biz həll olunması gərək olan əsas prinsiplərin digər elementləri ilə bağlı daha təfərrüatlı və dərin müzakirələrlə yeni mərhələyə qədəm qoyuruq».

Meyu Brayza deyib ki, həmsədrləri əsas məqsədi Helsinki Yekun aktında öz əksini tapmış ərazi bütövlüyü, öz müqəddəratını təqdim etmə və gücdən istifadə etməmə kimi 3 mühüm prinsipinə əsaslanan qarşılıqlı razılaşma əldə etməkdir.

Ermənistan-Türkiyə münasibətlərinə gəlincə isə Brayza bildirib ki, «Türkiyə liderləri Ermənistan ilə tamamilə yeni tarixi və müsbət əlaqələr mərhələsinə qədəm qoymağa çalışırlar».

Qarabağ münaqişəsinin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri başlayır.

Regiona səfərləri çərçivəsində Bakıdan əvvəl Yerevan və Xankəndində olublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG