Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:57

«AZADLIQ» RADİOSU MOBİL TELEFONDA: oxu, dinlə və bax


AzadlıqRadiosunu indi mobil telefon, PDA və başqa simsiz qurğularda da oxumaq, verilişləri dinləmək və videolara baxmaq mümkündür.

AzadlıqRadiosunun mobil saytı:

http://azadliq.mobi/

AzadlıqRadiosunun mobil saytı zaman və məkandan asılı olmayaraq hər yerdə əlçatandır. Bu saytı sizin son xəbərlərə, dinamik hadisələrə birbaşa çıxışınızı təmin etmək üçün yaradılıb.

Mobil saytdakı multimedia materialları mümkün dərəcədə sadələşdirilib ki, onu simsiz qurğularınıza yükləmək imkan daxilində asanlaşsın.

Qeyd: Saytımız pulsuzdur, ancaq mobil operator istifadə etdiyiniz məlumatın həcmindən (trafik) asılı olaraq vəsait tutula bilər. Qiymətlər haqda əlavə məlumat üçün operatorla danışın. Həmçinin, aparatdan asılı olaraq, şriftlərin oxunmasında cüzi problemlər ola bilər.