Keçid linkləri

Təcili xəbərlər

3-cü yazı: Kiyevdə gördüm ki...


Kiyevin mərkəzi küçələri çadır mağarlarla doludur.
Kiyevin mərkəzi küçələri çadır mağarlarla doludur.
-
KƏDƏRLİ «ÖLÜ MARŞI»

Kiyevdə ilk qanlı toqquşmalar Lobanovski adına stadionun qarşısında baş vermişdi. Məhz burada polis nümayişçiləri atəşə tutmuş və nümayişçilər də məhz burada «Molotov kokteyllərini» havaya tullamışdılar.

Bir dönəm «künc zərbələrinin» mahir ustası və daha sonra dünyaca məşhur futbol məşqçisi Lobanovskinin adını daşıyan stadionun girişində onun büstü də var. İzdiham və qələbəliyə alışmış bu büst belə, yəqin, bu cür qorxu və sevinc birgəliyini, həm də göyə yüksələn qıpqırmızı alov dillərini ilk dəfə görürdü.

O gün elə polis də ilk dəfə ciddi müqavimətlə üzləşmişdi. Talenin acı məzəsinə baxın, etirazçılar da məhz həmin gün ilk dəfə idi polisi yenə bilmiş, onun gözünün odunu almışdılar. Bunların hamısı «Lobanovskinin gözləri» qarşısında baş vermişdi. Ölən də, yaralanan da vardı...

... Ertəsi gün nümayişçilərin qətlə yetirildiyi yerə şamlar düzülmüşdü. Əksəriyyət ağlayırdı. Ordaydıq. Ordaydım. Havadan qəm-kədər yağırdı. Hər yana ölüm sükutu çökmüşdü...

ŞOTLANDİYALI NƏ DESƏ YAXŞIDIR?

...Qəfildən şotland zurnasının, daha doğrusu tulumbunun səsi yayıldı. Çalğıçı şotlandın yanına gəldik. Üzündən qəzəb yağırdı. Gözlərindən dərd fışqırırdı. Şəxsən mən onu fotokamerada əbədiləşdirməyə utanırdım...
...Qəfildən şotland zurnasının, daha doğrusu tulumbunun səsi yayıldı.
...Qəfildən şotland zurnasının, daha doğrusu tulumbunun səsi yayıldı.

...İfa bitdi. Hamı əl çalmağa başladı. Bu adam əlini qaldırıb, Ukrayna dilində nəsə söyləməyə başladı. Anlamasaq da danışdıqlarının təsir gücünü dinləyənlərin üz ifadələrindən dərhal duymaq olurdu. Yanımızdakı birindən şotlandın nə dediyini tərcümə etməsini istədik və bu cavabı aldıq: «O, deyir ki, əl çalmaq lazım deyil. Axı bura səhnə deyil, meydandır. Qəhrəmanları, sadəcə, belə yad edə bildim. Əlimdən gələn budur!..».

...Kiyevdə kimin əlindən nə gəlirdisə, onu da ortaya çıxarırdı. Kimi yerə səpələnmiş daşları səliqəylə barrikadanın üzərinə yığır, kimi də əlindəki vərəqə zərərçəkənlərin adını yazırdı... Kimi küçənin zir-zibilini qara torbalara toplayır, kimi də önündəki masanın üzərinə kolbasa-çörək düzürdü. Kimi camaata buterbrod, kimi də evdə hazırlayıb gətirdiyi çayı paylayırdı. Sonuncu mənə uşaqlığımı xatırlatdı – məhərrəmlik ayının «Aşura» günlərində eynən bu cür adamlar yoldan keçənlərə çay, ya da şərbət verirdi...
...Kiyevdə kimin əlindən nə gəlirdisə, onu da ortaya çıxarırdı.
...Kiyevdə kimin əlindən nə gəlirdisə, onu da ortaya çıxarırdı.

ŞƏHƏRDƏ ŞƏHƏRCİK...

Kiyevin mərkəzi küçələri çadır mağarlarla doludur. Bu mağarlarda yaşamaq üçün ən zəruri hər şey var. Odun sobaları qışın buz şaxtasında da nümayişçiləri isindirir. Kiyev həndəvərlərindən, başqa şəhərlərdən gəlib mitinqçilərə qoşulanlar da burada gecələyə bilirlər. Belə mağarın birində 20 nəfər rahat gecələyir. Bu şəhərcikdə kilsə mağarı, ilkin tibbi yardım mağarı bir yana, sənət əsərlərinin, o cümlədən karikaturaların sərgiləndiyi mağarlar da var...

«OCCUPIED BUILDINGS» – İŞĞAL EDİLMİŞ BİNALAR

Mağarlarla yanaşı, nümayişçilərin qalacağı başqa yerlər də var. Məsələn, «Occupied buildings» adlandırılan işğal edilmiş binalar.
Nümayişçilərin tutduğu bu binalar, əsasən, dövlət binalarıdır
Nümayişçilərin tutduğu bu binalar, əsasən, dövlət binalarıdır
Nümayişçilərin tutduğu bu binalar, əsasən, dövlət binalarıdır – Administrasiya binası, Ukrayna Teleradiosunun binası və s.

Teleradionun «Maydan»a yaxın binasından indi qərargah kimi istifadə edilir. Nümayişlərlə bağlı məsələlər məhz bu binada dartışılır. İçəridə çəkilişə icazə verilmədiyindən oranı görüntüləmək imkanımız olmadı.

Administrasiya binası «Maydan»a və toqquşmaların yaşandığı mərkəzi küçələrə daha yaxın olduğundan ordan hospital kimi yararlanırlarmış. İndi bu bina başqa bölgələrdən Kiyevə gələn nümayişçilərin və evsizlərin sığınacağıdır. Yanaşı binada tibb xidməti göstərən personal yerləşir.
XS
SM
MD
LG