Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan -- mənim baxtsız anam, oyyy!


Azərbaycanın dövlət bayrağı
Azərbaycanın dövlət bayrağı

- (Bu yazı Müstəqillik gününü zindanlarda qarşılayan əsl Vətən övladlarına və onların dözümlü xanımlarına həsr olunur)

Hm. İkinci müstəqilliyimizin 20 yaşı tamam oldu.

Bəri başdan deyim ki, bu “möhtəşəm 20 il” haqqında yazmaq çoooox çətindir. Amma bax, Cümhuriyyətimizin “Möhtəşəm 2 il”ini saf-çürük etmək mənim ruhuma daha uyğundur. Bilənlər bilir…

Səni necə təsvir edim, səni necə tanıdım, səni necə öyüm, Vətən?

20 yaşın olur.

Özümün 20 yaşımı xatırlayıram.

Həyat heç vaxt ondakı kimi gözəl, çəkici, arzulanan olmamışdı…

Sənin 20 yaşını düşünürəm.

Həyat heç vaxt belə ədalətsiz, ümidsiz, cazibəsiz olmamışdı…

Bilirsən nədən özümü səninlə müqayisə edirəm, Vətən?

Çünki biz bir-birimizə çox bənzəyirik.

Azərbaycan qadını elə Azərbaycanın özüdür!

Və ya tərsinə.

Bizlər də sənin kimi zülümlərdən, zalımlardan, xəyanətdən, təhqirlərdən keçdik.
Amma həmişə var olduq.

Bizlər də sənin kimi parçalandıq, bölündük, yaralandıq.

Amma yenə ayağa durduq.

Bizlər də sənin kimi nə sifətlər, nə üzlər, nə oğullar, nə qızlar gördük.

Amma yenə yaşamağa davam etdik.

Bizlər də sənin kimi nə yadellilər, nə hökmranlar gördük.

Kiçik hökmranlar zaman-zaman bizləri əzdilər, saçımızdan sürüdülər, üzümüzə tüpürdülər, hətta baltaladılar!

Amma yenə nəsil artırmağa davam etdik.

Yenə deyimmi?

Demirəm, bu gün sənin bayramındır.

Gördünmü, necə bir-birimizə bənzəyirik?

Bax, o üzdən də lap başda yazdım ki, Azərbaycan qadını elə Azərbaycanın özüdür…

Amma , bir şeyi deməsəm ölləm, kiçik bir fərq var, incimə, qulağını bəri tut.

(Pıçıltı) Mən 20 yaşımda səndən daha xoşbəxtdim!

Bunu heç kəsə söyləmə.

Heç kəs bilməsin.

Heç kəs!!!

Qoy bunu hamı bilsin:

O böyük şair demişkən: “Azərbaycan, mənim baxtsız anam, oyyy!”

20 yaşın mübarək!

Daha böyük yaşlara!

Daha böyük xoşbəxtliklərə!

Onda bizi xatırla!

P.S. Oxuduqlarınızı : “niyə müstəqillik günüylə bağlı heç nə yazmırsan”--deyə soran qızımın tənəsindən sonra yazdım . Gizlicə…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG