Keçid linkləri

Təcili xəbərlər

«Gəncədən gəlirəm üstüm toz-torpaq»


Gəncənin mərkəzi küçələrindən biri
Gəncənin mərkəzi küçələrindən biri
Ülvi Paramilli Gəncədə gedən söküntü işlərindən, şəhərdə aparılan «yenidənqurmanın» miqyasından dəhşətə gəldiyini yazır:

«Elə mərkəzi küçə yoxuydu ki, «abadlıq», «yenidənqurma» olmasın. Elə yaşayış binası yoxuydu ki, həyətində balkonun söküntüsü olmasın. Plansız, insanlar nəzərə alınmadan, yollar bərbad gündə...

Tam ciddi deyirəm, söküntülərdə prinsip budur: icra başçısının xoşuna gəldisə, yaxud kimsə «haqq»ını çatdırdısa, mülk qalacaq, xoşuna gəlmədisə, buldozerin ağzına veriləcək. Heç bir məhkəmə qərarı, rəsmi bildiriş yoxdur.

Bundan əvvəlki başçı gələndən bir müddət sonra Gəncə tacirlərinə obyektlərinin üzünü alkopanla bəzəməyi əmr etmişdi. Yeni icra başçısı gəldi, öz yenidənqurmasını tətbiq etməyə başladı. Bunun menyusunda əsas «qarnir» aqlay idi. Guya bu başçı müasir nəsə etməyə başlayır.

Azərbaycanda belədir, hər icra başçısının öz yenidənqurması var. Portfellərinə qoyub prezidentin sərəncamları ilə regionları yerdəyişmə ilə gəzib paketlərini camaata dürtməyə başlayırlar. Hətta Gəncədə belə söz-söhbət gəzir ki, başçı məscidi və alban kilsəsini də aqlaylayacaq (fasadının dəyişdirilməsi - red )»..

SADƏCƏ AYAZ MÜTƏLLİBOV

Əziz Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun oğlunun dəfnində müşahidə etdiklərindən yazır:

Ayaz Mütəllibov
«Azərbaycanın ilk prezidenti, 18 illik Azərbaycan həsrətinə son qoydu. Bəlkə də Ayaz bəy həm sevinirdi, həm kədərlənirdi. Sevinirdi ona görə ki, 18 illik ayrılığına son qoyulmuşdu, kədərlənməyi isə aydındır. Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov vəfat etdiyindən Azərbaycana gəlmişdi. İki əks qütb toqquşduğundan Ayaz bəy ola bilsin nə baş verdiyini anlamasın (Ola bilsin yanılıram amma müşahidəmdə bunu gördüm). Sadəcə vəziyyəti analiz edirdi. Ondan, heç kimlə danışmır, dərdini bölüşmür. Sual verildikdə müəyyən jestlər və 2-3 söz.

Dəfn mərasimində, qəbirə torpaq töküldüyündən toz yaranmışdır. insanlar tozdan qurtulmaq üçün kənara çəkilirdilər, Ayaz bəy isə, Azərbaycanın tozunu udmağa hazır idi...»

VİRTUAL AKSİYALAR

Etibar Salmanlı yazır ki, həbsdə olan gənc siyasi məhbusların məsələsini həm daxildə, həm də xaricdə ictimaiyyətin diqqətinə çatdırmaq üçün «Twitter»də online aksiyalara başlayıblar. Hər həftənin 4-cü günü xronoloji ardıcıllıqla məhbəsdə olanlara dəstək verəcəklər:

«Hər halda aksiyanın ilk 2-si uğurla baş tutdu. İlk olaraq Cabbar Savalanlı üçün online aksiyaya başladıq. 24 saat davam edən aksiyaya bir çox internet istifadəçisi qoşularaq «Facebook»da statuslarla, Blog yazılarını paylaşımlarla, «Twitter»də tvitlərlə Cabbarı Yeni media alətlərində ən aktual mövzu elədi…

İkinci aksiya hal- hazırda da, davam edir. Bəxtiyar Hacıyev üçün başlanmış online aksiya var gücü ilə davam edir. 2 gündür ki, Bəxtiyarın adı Aztvi.com da, Azərbaycan «Twitter» Trendidir. Məhz buda ictimaiyyətin, yeni media alətlərindən istifadə edənlərin məsələyə nə qədər ciddi yanaşdığının nəticəsidir».

Bəxtiyar Hacıyevin Facebook profili
QABLAŞDIRILMIŞ ÖLKƏ

Monoloq adlı bloqqer 4-cü sinifdən bəri arzuladığının gerçəkləşməsindən, Amerikaya təhsil almağa yollanmasından və yeni dövlətdə yaşadığı ilk təəssüratlarından yazır:

«Birinci dəfə idi ki təyyarə görürdüm. Yani bir sərnişin kimi. Buludları həmişə seyr etməyi sevmişəm. Başımızın üstündə onlar möhtəşəm görünürlər. Təyyarənin iluminatorundan isə onlar aşağıdadır. Eh, gözümdən düşdü…

Yaqin çoxunuz təyyarədə uçmusunuz. Uzaq yerlərə gedəndə yemək verirlər. «Soyuducu-mikrodalğalı soba-sərnişin» yolunu keçən qablaşdırılmış hazır toyuq və qaynar pasta, buz kimi sular, Allah bilir nə dadı verən çay və zəqqutun kofe. Mədəmizə zülüm verə-verə Vaşinqtona gəlib çatdıq.

Səhər saat 4.30-da otağımızın telefonu zəng çaldı. Bizi oyadırdılar. Səhər yeməyi: karton qutuda bir soyutma yumurta, yoqurt, portağal şirəsi, alma. Hamısı yenə də buz kimi. Onda düşündüm: ayə qurvan olaram öz qızıl əhmədimizə! Almanın dadı suyun dadından nəyi iləsə fərqlənirdisə qulaqlarımı kəsin».
XS
SM
MD
LG