Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:20

Cameron Avropadan çıxışa “start verməyəcək”


David Cameron
David Cameron

Avropa İttifaqının qaydalarına görə ötən cümə axşamı keçirilmiş referendumdan sonra rəsmi London ittifaq nizamnaməsinin 50-ci maddəsini işə salmalıdır

Britaniyanın baş naziri David Cameron deyib ki, məğlub olduğu referendumun ardınca öz ölkəsinin Avropa İttifaqından çıxış prosesinin başlanmasına start verməyəcək.

O deyib ki, özündən sonrakı baş nazirin Aİ ilə danışıqlara başlaması üçün oktyabr ayında baş nazir ofisini tərk edəcək.

Avropa liderlərinin Britaniyasız ilk sammiti gələn çərşənbə günü keçiriləcək.

Bundan bir gün əvvəl baş nazir David Cameron Brüsseldə danışqlarda olacaq.

Avropa İttifaqının qaydalarına görə ötən cümə axşamı keçirilmiş referendumdan sonra rəsmi London ittifaq nizamnaməsinin 50-ci maddəsini işə salmalıdır.

David Cameron bunu etməyəcəyini deyib.

Merkel Londonu qısnamamağa çağırıb

Almaniya kansleri Angela Merkel Avropa İttifaqını Britaniyanı qısnamamağa çağırıb.

O Britaniya ilə sərt rəftarla başqa Aİ ölkələrinə görk verməyin düzgün yol olmadığını deyib.

Angela Merkel Londonu "karıxdırmamağa" çağırıb
Angela Merkel Londonu "karıxdırmamağa" çağırıb

Kansler deyib ki, o Britaniyanın Avropa blokundan çıxışını tələsdirməyin tərəfdarı deyil.

Xanım Merkelin bu bəyanatından əvvəl Almaniya da daxil, bir neçə Avropa İttifaqı ölkəsinin xarici işlər nazirləri Britaniyanın ittifaqı dərhal tərk etməsini tələb etmişdilər.

"Mən razıyam ki, bu proses sonsuza qədər uzana bilməz, - deyib Angela Merkel, - lakin mən məsələnin dar vaxt çərçivəsinə salınmasının əleyhinəyəm”.

Kansler deyib ki, Britaniya ilə “obyektiv” və “yaxşı” danışqılar aparılmalıdır.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier danışıqalrın “mümkün qədər tez” başlanmasına çağırmışdı.

Britaniyanın yubanmadan ittifaqdan çıxışa başlamasını tələb edən 6 nazir – 1950-ci illərdən Avropa İttifaqının təməlini qoyan Almaniya, Fransa, İtaliya, Belçika, Lüksemburq və Hollandiyanı təmsil edirlər.

Sözü gedən xarici işlər nazirləri deyiblər ki, Britaniyanın ittifaqdan ayrılma prosesinin uzanmasına və siyasi vakuum və qeyri-müəyyənlik yaranmasına yol verilə bilməz.

Fırtına güclənir

Britaniyanın öz daxilində də referendumun nəticələrinə müqavimət və təzyiq artmaqdadır.

Şotlandiya rəhbərliyinin əsas siması olan birinci nazir Nicola Sturgeon deyib ki, onun ölkəsi Avropa İttifaqı məkanından ayrılmaq fikrində deyil və buna görə də Brüssellə separat danışqılara başlayacaq.

Xanım Surgeon Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilməsini az qala qaçılmaz adlandırıb.

Ölkənin Aİ-dən çıxmasına etiraz edən petisiya Britaniya hökumətinin rəsmi saytında artıq 3 milyona yaxın imza toplayıb və imzaların sayı saatbasaat artır.

Təkrar referendum tələb edən imzaların sayı saatbasaat artır
Təkrar referendum tələb edən imzaların sayı saatbasaat artır

Britaniya qanunlarına görə 10 min nəfərin imzaladığı petisiyalar hökumət tərəfindən nəzərə alınır, bu rəqəm 100 mini keçəndə isə parlament məsələni debatlara çıxarmağa məcburdur.

Britaniya tarixində milyonlarla imza toplamış belə bir petisiya heç vaxt olmayıb.

Britaniyadakı iri transmilli bank və şirkətlər Birləşmiş Krallığın Aİ-dən çıxacağı təqdirdə qərargahlarını London və başqa İngiltərə şəhərlərindən çıxaracaqları ilə hədələyiblər.

Son belə bəyanat nəhəng HSBC bankından gəlib. Bank rəhbərliyi bildirib ki, qərargahını Parisə keçirəcək.

Britaniyanın Avropa naziri lord Hill vəzifəsindən istefa edib.

Juncker-in “dərin məhəbbəti”

Britaniya barədə ən ağır bəyanatları Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker verib.

Təhlilçilər bunu həm də vaxtilə David Cameronun onun Avropa Komissiyası prezidentliyinə namizədliyinə qarşı çıxması ilə bağlayırlar.

Onlar bunu da vurğulayırlar ki, Juncker ötən həftə Rusiyaya səfər edərək Putinlə görüşdüyünə görə kəskin tənqid olunub.

Rusiya Britaniyanı Avropa İttifaqındakı ən qatı opponenti kimi görür.

"Britaniyalılar…Avropa İttifaqını tərk etmək barədə qərar qəbul ediblər, - deyib Juncker, - Odur ki, onların oktyabradək gözləmələrinin heç bir mənası yoxdur”.

Jean-Claude Juncker Britaniyanın Avropanı dərhal tərk etməsini istəyib
Jean-Claude Juncker Britaniyanın Avropanı dərhal tərk etməsini istəyib

Avropa Komissiyasının başçısı deyib ki, “bu boşanma xoşluqla olmayacaq” və “onsuz da əvvəldən ortalıqda dərin məhəbbət olmayıb”.

Bununla belə Britaniyanın “boşanması” Avropanın maliyyə bazarında zəlzələ yarada bilər.

Avropa Mərkəzi Bankı bildirib ki, ittifaqdan çıxdıqdan sonra 2, 2 milyon adamın iş yeri olan Britaniyanın maliyyə sənayesi Avropa İttifaqının müştərilərinə xidmət göstərə bilməyəcək.

Bank bildirib ki, Britaniya Aİ-dən çıxarsa, artıq buradakı ofislərin və trilyonlarla avronun saxlanması mümkün olmayacaq.

Avropa Mərkəzi Bankı əlavə edib ki, bu dalandan çıxmağın yeganə yolu Britaniyanın da Norveç kimi vahid bazara qoşulması ola bilər.

Lakin Britaniya referendumunda qalib olmuş “müstəqillik” düşərgəsi çətin ki, buna razılıq versin.

Dava baş nazirlik davasıdır

Britaniya mediası bildirir ki, Aİ-dən çıxmaq artıq Britaniyada hakimiyyət çarpışması meydanına çevrilib.

Hakim mühafizəkarklar partiyası keçmiş London meri, Avropadan ayrılmağın ilhamverici qüvvəsi Boris Johnson-un baş nazirliyə gəlməsini bloklamağa çağırır.

Müxalif leyboristlər partiyası öz lideri Jeremy Corbyn-ə qarşı qiyam qaldırıb. Leyboristlər onu referendumda partiya tərəfdarlarını səfərbərliyə ala bilməməkdə ittiham edirlər.

Ən maraqlısı budur ki, Britaniyanın Aİ-dən ayrılmasına start verəcək 50-ci maddənin tez bir zamanda işə salınmasını Boris Johnson və tərəfdarları da istəmirlər.

Onlar israr edirlər ki, əvvəlcə Aİ ilə razılaşma əldə edilməli və yalnız bundan sonra London Avropa İttifaqından çıxmaq qərarını elan etməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG