Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

Britaniya referendumunda Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edilməsinin dərhal ardınca Birləşmiş Krallığın özünün parçalanlması üçün real perspektiv yaranıb

Britaniya referendumunda Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edilməsinin dərhal ardınca Birləşmiş Krallığın özünün parçalanlması üçün real perspektiv yaranıb.

Referendum nəticəsinin qəribəliklərindən biri də budur ki, Birləşmiş Krallığın iki yarımmuxtar ərazisinin – Şotlandiya və Şimali İrlandiyanın əhalisi İngiltərədən fərqli olaraq Aİ tərkibində qalmağa səs verib.

Şotlandiyanın birinci naziri Nicola Ferguson Sturgeon

Şotlandiyanın birinci naziri Nicola Ferguson Sturgeon

Belə görünür ki, indi hadisələr sürətlə inkişaf edəcək.

Şotlandiyanın birinci naziri Nicola Sturgeon az əvvəl bəyan edib ki, Şotlandiyada ikinci müstəqillik referendumu demək olar qaçılmazdır.

O deyib ki, Avropa İttifaqından kənarda qalmaq Şotlandiya üçün qeyri-məqbuldur.

Şotlandiya əhalisinin 62 faizi Aİ tərkibində qalmağa, 38 faizi isə çıxmağa səs verib.

Xanım Sturgeon bildirib ki, Şotlandiyanın Britaniya tərkibindən çıxmasına yol açacaq ikinci referendumun keçirilməsi üçün hüquqi bazanın hazırlanmasına günü bu gündən başlanacaq.

Yaxşı qonşu

Mətbuat konfransında “Şotlandiya ikinci referendum barədə Londonun rəyini nəzərə alacaqmı” sualına xanım Sturgeon “məsləhətləşmə olacaq, lakin son qərarı Şotlandiya parlamenti qəbul edəcək” cavabını verib.

Sinn Fein təşkilatının lideri Gerry Adams

Sinn Fein təşkilatının lideri Gerry Adams

Şotlandiyaya rəsmi rəhbərlik edən Nicola Sturgeon Edinburqda keçirilən mətbuat konfransında deyib ki, Şotlandiya iki il əvvəl keçirilmiş müstəqillik referendumunda, Britaniyanın Aİ tərkibində qalacağına ümid edərək Birləşmiş Krallıqdan ayrılmamaq qərarına səs vermişdi. İndi həmin şərt aradan qalxıb.

O deyib ki, şotlandlar müasir, xürafatsız və açıq insanlardır və Şotlandiya İngiltərə, Şimali İrlandiya və Uelsə “yaxşı qonşu” olaraq qalacaq.

Təhlilçilər bildirirlər ki, indi Şimali İrlandiya ilə bağlı məsələdə də yeni gərginlik müşahidə oluna bilər.

Əhalinin çoxluğunu təşkil edən ingiltərəyönlü siyasətçilər Şimali İrlandiyanın daim İngiltərə ilə qalacağını bəyan etsələr, irland millətçilərinin Sinn Fein təşkilatıbildirib ki, Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsi məsələsi gündəliyə gətiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG