Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

G.Orwell Mükafatını Ostrovsky'nin kitabı aldı


Qalib olan kitab
Qalib olan kitab

-

"Putin Rusiyasının, mediya manipulyasiyasının, dilin kontrol edilməsinin mahiyyətini anlamaq üçün ağıllı kitabdır, George Orwell'in qəlbinə yaxın yazılmışdır"

George Orwell mükafatını rus jurnalist aldı

Bbuilki George Orwell Kitab Mükafatını rus mənşəli Britaniya jurnalisti Arkady Ostrovsky qazandı. O, bu mükafata "The Invention of Russia" (Rusiyanın kəşfi. "Atlantic Books" nəşriyyatı) kitabına görə layiq görülüb.

Bu mükafat yazıçı Geore Orwell'in "Art və siyasəti eyni yazıda yazmaq" iddiasına ən yaxın olan yazılara verilir.

Ostrovsky 15 il "Financial Times" və "The Economist" qəzetlərinin Moskva müxbiri olub. Bu kitabında o, Rusiyanın 1985-ci ildən bugünədək keçdiyi yoldan danışır, Rusiyanın yeni milli hekayətinin yaradılmasında mediyanın rolundan söz açır.

Orwell'in oğlu Richard Blair mükafatı Ostrovsky'yə təqdim edib.

Ostrovsky'nin əsəri orijinal tədqiqatla müsahibə janrının bədii-sənədli qarışığıdır, münsiflər onun haqqında deyiblər:

"Dərin hissiyyatlı" və "vaxtında yazılmış vacib kitabdır", "Putin Rusiyasının, mediya manipulyasiyasının, dilin kontrol edilməsinin mahiyyətini anlamaq üçün ağıllı kitabdır, George Orwell'in qəlbinə yaxın yazılmışdır".

Ostrovsky həm də Kembric Universitetinin ingilis dili üzrə fəlsəfə doktorudur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG